Dırnaqlarınıza evdə necə qulluq etməlisiniz?

Dırnaqlarınıza evdə necə qulluq etməlisiniz?Gözəl, baxımlı əllər qadınlar üçün qalın saç və hamar dəri kimi əhəmiyyətlidir. Sözsüz ki, dırnaqlara hər zaman qulluq və qidalanma ilə yanaşı, vitaminlər də lazımdır. Əgər orqanizmdə hər hansı bir vitamin və ya mineral çatışmırsa, dırnaqlarda bu zaman problemlər yaranır: quruyur, qat-qat olur, qırılır, eybəcər görünür və hətta göbələk xəstəliyinə də tutula bilir.
Beləliklə, dırnaqlarınıza evdə necə qulluq etməyin yollarını təqdim edirik: 
Dırnaqlarınız tez-tez qırılırsa, onları xiyar suyunda 5 dəqiqə saxlamaq problemi həll edəcək. Xiyarda bol miqdarda A, E, B1, B2, B3, C vitaminləri, kalsium və dəmir var. Bu vitamin və minerallar sayəsində dırnaqlarınız qidalanacaq və qırılmasının qarşısı alınacaq.
Dırnaqlarınızı ağartmaq üçün limon suyunu pambıqla onlara yeridin və 10 dəqiqə gözləyin. Limon suyu və soda qarışığı hazırlayın, daha sonra dırnaqlarınıza çəkin. Bir az gözlədikdən sonra onları yuyun.
Kokos yağı dırnaqlarınızı qidalandırır və nəmləndirir. Yağı əlinizə sürtərək dırnaqlarınızı masaj edin.
Dırnaqlarınıza evdə necə qulluq etməlisiniz?İnfeksiyaya yoluxmuş dırnaqları müalicə etmək üçün su və alma sirkəsindən hazırlanmış məhlulda bir müddət isladın. Təxminən yarım saat belə saxlayın. Bunu daha tez həll etmək üçün pambıqla alma sirkəsini dırnaqlarınıza yeridə bilərsiniz.
Sarımsaq antibakterial xüsusiyyətə sahibdir. Dırnaqlarınızda belə problemlər yaranarsa, bir neçə diş sarımsağı əzin və məcun hazırlayın. Sonra onu dırnağınızda zədələnmiş hissəyə çəkin. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4258   Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

turlar.az

kosmetika mehsullari geyim şəkilləri toy gecesi qadın parfumeriya dirnaq uzatmaq yollari süni qidalar necə tez arıqlayım kosmetika usaq geyimleri səməd vurğun sac modelleri brusell bakteriyası