Dişləri təbii üsullarla necə ağartmalı? - Evdə effektiv metodlar

Dişləri təbii üsullarla necə ağartmalı? - Evdə effektiv metodlarSiqaret istifadəsi, həddindən artıq çay və qəhvə istehlakı, həmçinin şəkərli qidalar dişlərin saralmasına və ləkələnməsinə səbəb olan əsas amillərdir. Hətta ağız gigiyenasına ciddi əməl edənlərdə belə zamanla rəng dəyişimi müşahidə oluna bilər.
Milli.Az xəbər verir ki, bu ləkələrdən ev şəraitində, təbii yollarla xilas olmaq mümkündür.
Dişlərin parlaqlığını qorumaq üçün ən vacib addım gündəlik fırçalama və diş ipindən istifadədir. Bununla yanaşı, aşağıdakı üsullar da kömək edə bilər:
Qida sodası: Yüngül aşındırıcı xüsusiyyəti ilə səthdəki ləkələri təmizləyir. Su ilə qarışdırıb məcun halına gətirərək həftədə bir neçə dəfə istifadə etmək olar.
Hidrogen-peroksid: Ağardıcı təsirə malikdir və bakteriyaları öldürür. Su ilə yarı-yarıya qarışdırıb qarqara kimi istifadə edilə bilər.
Kokos yağı ilə qarqara: Bir xörək qaşığı kokos yağını 10-20 dəqiqə ağızda saxlamaq bakteriya və ərp yaranmasını azaldır.
Alma sirkəsi: Ləkələri çıxarmağa kömək edir, lakin turşuluğu yüksək olduğu üçün çox tez-tez istifadə edilməməlidir.
Çiyələk: Tərkibindəki malik turşusu sayəsində dişləri ağardır. Əzilmiş çiyələyi dişlərin üzərində 5-10 dəqiqə saxlamaq kifayətdir.
Banan qabığı: Qabığın daxili hissəsi ilə dişləri sürtmək tərkibindəki maqnezium və kalium sayəsində ağardıcı təsir göstərir.
Aktivləşdirilmiş kömür: Toksinləri və ləkələri özünə çəkir. Toz halında diş fırçası ilə tətbiq olunur.
Diş aralarının təmizliyi ümumi ağlıq üçün çox önəmlidir. Bunun üçün:
Diş ipindən mütləq istifadə edin: Fırçanın çatmadığı yerlərdəki qalıqları və ərpi yalnız diş ipi təmizləyir.
Antiseptik qarqaralar: Diş aralarındakı bakteriya balansını qoruyur və ləkə görünüşünü azaldır.
Ağardıcı məcunlar: Diş aralarına nüfuz edən xüsusi tərkibli məcunlara üstünlük verin.
Soda və aktiv kömür kimi aşındırıcı maddələrin həddindən artıq istifadəsi diş minasınə zərər verə bilər. Bu üsulları həftədə 1-2 dəfədən çox tətbiq etmək tövsiyə olunmur.
Əgər təbii üsullar kifayət etmirsə, stomatoloq tərəfindən tətbiq olunan lazerlə ağartma proseduru ən effektiv həlldir. Bu prosedur zamanı dişlərə xüsusi ağardıcı gel çəkilir və lazer işığı ilə aktivləşdirilir. Cəmi bir saat ərzində dişlər bir neçə ton ağarır.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1278   Tarix: 22 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim necə seçməli gözəllik məhsulları yemek reseptleri qırmızı xalça arvaddan icaze kagizi gavali haqqinda boyuk qadin dosleri kosmetika oglan evi novruz hakisdalari ariqla mekteb bayatı