Dodaq quruluşuna görə qadınların xasiyyəti

Dodaq quruluşuna görə qadınların xasiyyətiDodaq quruluşuna görə qadınların xasiyyəti

Qadınların dodaqlarının ehtiras nöqtələrindən olduğunu yəqin ki,hər kəs bilir. Bəs dodaqların formasına görə qadının xüsusiyyətlərini öyrənmək olarmı?

Dodaq formasının insanın hansı xüsusiyyətlərdən xəbər verdiyini bilmək istəyirsinizsə, yazıya nəzər salın. Amma nəzərə alın ki, bu xüsusiyyətlər qadınlara aiddir. İndi isə güzgüyə baxın və dodaq formanızın aşağıdakılardan hansına uyğun olduğunu müəyyənləşdirdikdən sonra xasiyyətinizdə bəlkə də sizə bəlli olmayan tərəflər haqqında da məlumat alın.

Dolu, ensiz dodaqlar - Romantik qadın

Bu tip xanımlarda birinci yerdə emosiyalar durur, soyuq hesablamalar yox. Ona görə də, ona elə gəlir ki, uşaq vaxtı onu böyük bir yelləncəyə qoyublar, amma götürməyi unudublar. Çünki onun həyatı daimi yüksəlişlərdən və enişlərdən ibarətdir. O, daim köməyə tələsən cizgi filmi qəhrəmanları Çip və Deylin həyatını yaşayır sanki. Bu qadın dərdinizə şərik bir dəst salfetlə sizinlə birlikdə ağlamağa daim hazırdır – bundan gözəl ağlamaq üçün çiyin tapmaq olmaz. Təəccüblü deyil ki, onu çoxları bəyənir. Amma medalyonun başqa tərəfi də var – bu romantik qadın tipi problemlərin dərininə getməyərək, özünü aldatmaqla onlara göz yummağa üstünlük verir.
Onun xəyalındakı ideal kişi parıltılı jurnallardakı illustrasiyalardakı oğlanlarla romantik romanların qəhrəmanları olan oğlanların qəribə qarışığından ibarətdir. Kişilər çox vaxt bu cür qadın tiplərini bəyənirlər, çünki elə fikirləşirlər ki, nə desələr bu tip qadın onlara inanacaq. Amma kişilər bu fikirlərində çox vaxt yanılırlar.

Dolu, enli dodaqlar - Azarkeş qadın

Əgər onun xoşuna nəsə gəlibsə, o, bu "nəsə"ni elə həmin dəqiqə əldə etmək istəyir və söhbətin nədən getməsinin heç bir fərqi yoxdu – bu, yeni bir çanta da ola bilər, kişi də ola bilər. Sərbəst və enerjili biri olaraq o, təşəbbüsü ələ alaraq ilk olaraq qarşı tərəfə görüş təyin etməkdən və ya zəng etməkdən çəkinmir. Bu tip qadın təbiətdən hədiyyə gözləmir və ona lazım olanları özü götürməyə, əldə etməyə üstünlük verir. Onun həyatında daim nəsə "maraqlı" bir şey baş verir və rəfiqələrinin dilindən "darıxıram" sözünü eşidəndə çox təəccüblənir. "Ya indi, ya da heç vaxt!" – budur onun həyat devizi.

Onun üçün müstəqillik və sərbəstlik hər şeydən önəmlidir. O, qarşısındakı insanın (sevdiyi insanın) müstəqilliyinə hörmətlə yanaşır, eyni şeyi də ondan gözləyir. O, həyatının qalan hissəsini keçirəcəyi kişi mükəmməl sevgili olmalı və mühüm qərarlar qəbul etmə bacarığına sahib olmalıdırlar. "Ana uşağı" tipli kişilər onluq deyil.

Üst dodaq alt dodaqdan dolu olan dodaqlar - Rəhbərlik etməyi sevən qadınlar

Bütövlüyə malik olan qadın tipidir – bir işin qulpundan yapışdısa hissləri, hesabatları, düzgün ardıcıl hərəkətləri ilə mütləq bu işin sonuna gedib çatacaqdır. Bu, onun cazibədarlığını pozmur, çünki o nə istədiyini dəqiq bilir. O, aktiv hərəkətə yalnız özünə 200% əmin olduqda keçir. Onun həyatda hədəfi – "Ya hər şey, ya da heç nə!". Həyatda hansısa işi yarımçıq qoyan insanlar onu qıcıqlandırır.

İstədiyi nəticəyə çatmağa isə ona qüruru və özünə verdiyi yüksək dəyər kömək edir. Bu qadın xarizma daxil olmaq şərti ilə çox böyük liderlik xüsusiyyətlərinə sahibdir. O, hər şeyə müəyyən ardıcıllıq verməyə çalışır və onun daha yaxşı nəticəyə nail olmaq məqsədi ilə atdığı bu addımlar münasibətləri gərginləşdirəndə o, çox təəccüblənir. Onun seçdiyi kişi onun özü kimi ambisiyalı bir insan olmalıdır və ona yeni zirvələrin fəth olunmasında dəstək olmalıdır. Onun nigahları uzunmüddətli nigahda qalmasını mümkün edən yeganə amil hər iki tərəfin kompramisə getmək bacarığıdır.

Alt dodaq üst dodaqdan daha dolğun dodaqlar - Sirli, naməlum qadın

O, həmişə diqqət mərkəzindədir, çünki daim başqalarından seçilir, o hamı kimi deyil. Kişilər onun ardınca dərindən ah çəkərək həsrətlə, qadınlar isə paxıllıqla baxırlar. Bu qadın hər qabağınıza çıxan qadının geyindiyi geniş yayılmış bir paltarı geyinib hamı kimi olmaqdansa, kartof kütləsinin altında qalmış kisəni geyib fərqli olmağı daha üstün tutur. O daim özünü individual, təkrarolunmaz hiss eləmək istəyir və əslində elə də olur. Bu, həm geyim tərzində, həm də hərəkətdə öz əksini tapır.
O dəqiq bilir ki, ona tamamilə fərqli bir həyat yoldaşı lazımdır, hətta onu tapmağa çox vaxt sərf etsə də o, o insana rast gəlməyincə ailə haqqında düşünməz. Bu, sirli, naməlum qadın pərəstişkarlar baxımından heç vaxt korluq çəkmir, kişilər daim onu ətrafında pərvanə kimi süzürlər, amma onun diqqətini ilk baxışdan onun gözəlliyinə vurulmayan insan cəlb edə bilər ancaq.

Nazik, ensiz dodaqlar - Macəraçı qadın

Onun üçün aşılmaz dağ, keçilməz dəniz yoxdur. Onda olan optimizm isə 3-4 insan ömrünə bəs edər. O, fiziki olaraq bir yerdə oturub qala bilmir. O, boz günlərə rəng qatan macəra və adrenalini sevir. Bu macəraçı qadın özünə o qədər inanır ki, digərlərinin öz reputasiyasını korlamamaq üçün etmədiklərini o, böyük risk altına girərək asanlıqla edə bilər.

O, əsl döyüşçü ruhlu qadındır, o qədər güclü və sərbəstliyi sevən biridir ki, kişilər çox zaman bu tip qadınlardan qaçırlar. Bu tip qadının ən gözəl prototipi Lara Kroftdur. Onun seçdiyi kişi onunla eyni xüsusiyyətlərə sahib olmalıdır. Heç bir arvadağız kişi onun yanında uzun müddət qala bilməz.

Nazik, enli dodaqlar - Realist qadın

O, həmişə ayaqları üstdə möhkəm dayanır – "qumdan qalalar" ona tamamilə yad bir məfhumdur. Realist qadın hər şeyi əvvəldən planlaşdırmağı sevir – yeni il hədiyyələrini artıq payızdan alıb qoyur, səyahətdən bir ay öncə çamadanlarını hazır eləyir və daim da bu prosesdən həzz alır. O, beynindən sümüklərinə qədər bədəninin hər hissəsindəpraqmatikdir və sevən kimi şəhrayı eynək taxıb hər şeyi unutmağa tələsmir. Çox fövqəladə bir hal olmalıdır ki, bu tip qadın barmağı ilə suyun tempraturunu yoxlamadan, dərinliyi qiymətləndirmədən və su dibinin relyefini bilmədən suya baş vursun.

O, "hər şey özümdə" devizi ilə yaşayır. O, insanlar qarşısında hisslərini biruzə verməkdən daim qaçdığı üçün insanlarda özü haqqında daşqəlbli və soyuqqanlı biri olduğu təəssüratını yaradır. Amma bu yanlış təəssüratdır – çünki sadəcə olaraq, digər insanlara nisbətdə ona hisslərini bəlli etmək daha çətindir. Bu tip qadın stabilliyi sevir və həyatında öncədən hər şeyin necə olacağını görə bilmə hissindən həzz alır. Onun arzularındakı kişinin bəxti gətirib – çünki bu qadının ürəyini ələ almaq üçün heç bir romantik hoqqabazlıqlar lazım olmayacaq – sadəcə etibarlı biri olmaq kifayətdir.

Ailə və Uşaq     Baxılıb: 3541   Tarix: 16 yanvar 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

turlar.az

reseptler yay kolleksiyasi geyim necə seçməli biserli uzun donlar diş ağrısı dolma reseptleri interyer dizayni kosmetika aybawi layla maraqli hakistalar orqazm vetene aid bayati