Dodaqlarınızın daha da gözəl görünməsi üçün 16 məsləhət
Qadınların çoxu dodaqlarının gözəl və cazibədar olmasını istəyirlər. Gözəllik salonunda pul xərcləmədən ev şəraitində dodaqlarınızın gözəl görünməsi üçün sizə 16 məsləhət vermək istəyirəm.
1. Pomada və dodaq parladıcılarından istifadə etmədən əvvəl dodaqlarınıza nəmləndirici krem sürtün. Bu həm sizin dodaqlarınızı yumşaldar, həm də mükəmməl bir görüntü verər.
2. Əgər pomadanızın rənginin çox parlaq olmasından narahatlıq hissi duyursunuzsa, o zaman pomadanı dodaqlarınıza zəif sürün, sonra ehtiyatla ətrafa yayın.
3. Dodaqlarınızın daha dolğun görünməsi üçün dodaqlarınıza tünd tonda olan pomada sürtün,dodaqların ortasına açıq rəngdə pomada çəkin. Sonra hər ikisini bir-biri ilə qarışdırın.
4. Əgər dodaqlarınızda mat bir ton olmasını istəyirsinizsə, onda pomadanızın dodağa sürtülən hissəsinə bir çimdik pudra tökün və 1 dəqiqə gözləyin. Sonra dodağınıza çəkin.
5. Əgər əlinizin altında pomada yoxdursa, onda vazileni göz üçün işlənən kölgə ilə qarışdırıb dodağınıza çəkə bilərsiniz.
6. Dodaq boyası alarkən dodaq üçün aldığınız qələmin pomadanın rənginə uyğun omasına əmin olun.
7. Dodağa sürtülən qələmin səliqəli çəkilməsi üçün çəkməzdən əvvəl qələmin ucunu salfetlə silmək lazımdır.
8. Eyni rəngdə dodaq qələmindən istifadə etməkdən bezmisinizsə, o zaman dodağınıza eynı zamanda bir neçə qələmdən istifadə etməklə fərqli bir rəng ala bilərsiniz.
9. Ombre rəngdən istifadə edin. Dodaqlarınızın künclərini və kənarlarını tünd rəng, qalan hissələrini isə açıq qələmdən istifadə etməklə rəngləyin.
10. Dodaqlarınızın yalnız mərkəzi hissəsinə parlaq rəng sürtməklə dodağınızı həcmli göstərə bilərsiniz.
11. Dodaq parladıcınızın parıltısı çoxdursa, salfetlə azaltmaq mümkündür.
12. Dodağınızın təbii görünməyini istəyirsinizsə, yalnız mərkəzinə bir az dodağın özü rəngdə olan pomada sürtün.
13. Dodaq qələmindən istifadə etməklə dodağınızın təbii sərhədlərini çəkin. Qalan hissəni dodaq rəngində olan pomade ilə rəngləyərək daha cazibədar təsir bağışlaya bilərsiniz.
14. Ehtiyac olmadığı zaman tünd pomadadan istifadə etməyin.
15. Dodaqlarınızın yumşaq və həssas olmasını istəyirsinizsə, arada bir diş fırçası ilə fırçalayın.
16. Parlaq pomadadan istifadə etdiyiniz zaman pomadanı mərkəzdən kənarlara doğru sürtün. Bu zaman dodaqlarınız daha dolğun görünəcək.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi