Doğuşdan sonra qadınları nə narahat edir?

Doğuşdan sonra qadınları nə narahat edir?Doğuşdan sonra qadınları bir çox suallar narahat edir: menstrual dövrünün bərpa olunması, hamiləliyin mümkün olub-olmaması, cinsi həyatın ziyanlı olub-olmaması və s.
Bu məqalədə biz doğuşdan sonra qadınları ən çox maraqlandıran sualları cavablandırmağa çalışmışıq.
1. Doğuşdan sonra qanaxma neçə müddət ərzində davam edir?
Bu çox fərdi prosesdir. Bu proses uşaqlığın yığılma qabiliyyətindən, doğuşun necə keçməsindən (təbii doğuş və ya qeysəriyyə kəsiyi, asan və ya ağır doğuş və s.), doğuşdan sonrakı dövründən asılıdır. Adətən doğuşdan sonrakı qanaxma təxminən 6 həftə davam edir. Əvvəl qanaxma daha güclü olur, sonra tədricən azalır, qanın rəngi əvvəl qırmızı, sonra qəhvəyi, sarımtıl olur, daha sonra isə adi normal ifrazatlara qayıdır.
Əgər al-qırmızı qan 4 gündən artıq ifraz olunursa, qadın 1 saatdan bir bez dəyişməli olursa, ifrazatlar pis iylidirsə, qadın üşümə və ya istilik hiss edirsə, bu yaxşı əlamətlər sayılmır. Bu əlamətlər (və ya onlarda biri) meydana çıxdıqda qadın dərhal həkimə müraciət etməlidir.
2. Doğuşdan sonra menstruasiya nə zaman başlayır?
Bu çox fərdi prosesdir. Adətən bu laktasiyadan (əmizdirmə) asılıdır. Laktasiyanı stimullaşdıran prolaktin hormonu eyni zamanda yumurtalıqlarda gedən dövri proseslərin (yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya, menstruasiya) tormozlamasına səbəb olur. Bunun nəticəsində qadının yumurtalıqlarında yumurta hüceyrəsi lazım olan ölçülərə kimi yetişmir, ovulyasiya baş vermir və menstruasiya başlamır. Lakin bu o zaman mümkündür ki, qadın körpəsini yalnız öz südü ilə körpənin tələbinə görə (saatla yox!) qidalandırır (gecə əmizdirmələr xüsusilə vacibdir). Belə qadınlarda menstruasiya yalnız körpə əlavə qidaları (sıyıqlar, tərəvəzlər və s.) almağa başladıqda bərpa olunur (adətən 6 aydan sonra).
Əgər ana körpəsini həm ana südü, həm də süni südlə qidalandırırsa (qarışıq qidalandırılma), menstruasiyalar doğuşdan 3-4 ay sonra bərpa oluna bilər.
Süni qidalanma (körpə yalnız süni süd alır) zamanı menstruasiyalar doğuşdan təxminən 2 ay sonra bərpa olunur.
3. Menstruasiyalar başlamadıqda qadın hamilə qala bilərmi?
Bəli, bu mümkündür. Hətta menstrual dövr bərpa olunmadıqda qadın hamilə qala bilər. Bundan əvvəlki ayda qadında menstruasiya olmayıbsa, bu heç də o demək deyil ki, bu ayda ovulyasiya baş verməyəcək. Qadın ovulyasiyanın baş verməsini hiss etməyə bilər və nəticədə hamilə qala bilər.
4. Əmizdirən qadın hamilə qala bilərmi?  (bax sual 3)
5. Doğuşdan neçə müddət sonra cinsi əlaqələrə icazə verilir?
Buna doğuşdan 6-8 həftədən sonra icazə verilir (cinsi yollardan olan ifrazatlar adi xarakter almalıdır - rəngsiz, iysiz). Bundan tez cinsi həyata başlayan qadında müxtəlif cinsiyyət sistemi iltihabların və xəstəliklərin riski artmış olur. Məsələ burasındadır ki, doğuşdan sonra müəyyən müddət ərzində uşaqlıq yolu və uşaqlıq boynu tədricən öz normal formasına və ölçülərinə qayıdır. Bu vaxta kimi müxtəlif infeksiyalar uşaqlıq boynuna və daha sonra isə uşaqlığa asanlıqla keçə bilir.
6. Doğuşdan neçə müddət sonra idmanla məşğul olmaq olar?
Doğuş qadının orqanizmi üçün çox ciddi sınaqdır. Bu səbəbdən qadın orqanizminin bərpa olunmasını gözləməlidir (qanlı ifrazatlar kəsilməlidir və s.). Daha sonra qadın həkimin müayinəsindən keçməli və məşğələlərin başlanması barədə həkimlə məsləhətləşməlidir.
7. Növbəti hamiləliyi nə zaman planlaşdırmaq olar?
Növbəti hamiləliyi laktasiyanın (əmizdirmə) qurtarmasından 1 il sonra planlaşdırmaq olar. Bu müddət orqanizmin hamiləlik və laktasiyadan sonra bərpa olunması və növbəti hamiləliyə hazırlaşması üçün lazımdır.
Əgər doğuş zamanı qeysəriyyə kəsiyi əməliyyatı tətbiq olunubsa, bu halda növbəti hamiləliyi 2-3 il keçdikdən sonra planlaşdırmaq olar. Əks halda uşaqlığın üzərində olan çapıq növbəti hamiləlik zamanı aralana bilər. Lakin qeysəriyyə kəsiyi əməliyyatları arasında çox uzun müddət də keçməməlidir (məsələn, 7-10 il). Bu da təhlükəli sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1530   Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

gözəllik məhsulları geymler 2026 qadin dunyasi saclarin yigilmasi 2026 geyim dirnaqlar ucun maska cinsi xəstəliklər kosmetika dovsan tərəzi kondom nedir haxisda suni mayalanma