Doğuşdan sonraki depresiyadan qurtulmaq üçün MƏSLƏHƏT

Doğuşdan sonraki depresiyadan qurtulmaq üçün MƏSLƏHƏTArtıq ANA olmusunuz, amma sanki nə isə çatışmır, hər şeyə narahat olur, acıqlanır, hər dəqiqə ağlamaq və özünə güvənsizlik hissi yaranır. Hətta elə anlar olur ki, dünyaya min bir əziyyətlə gətirdiyin uşağı günahlandırmağa başlayırsınız ki, hər şeyin günahkarı heç bir günahı olmayan balaca körpənizdir. Bu doğuşdan sonrakı depressiyadır. Bunu demək olar ki, ana olan qadınların çoxu yaşayır, lakin cəmiyyətimizdə qınanılacağından qorxaraq əksəriyyət qadınlar bunu özü-özünə belə etiraf etməyə çəkinir. Əslində yeni ana olmuş qadını
hər cürə mənəvi dəstəkləmək əvəzinə qınamağa başlayırlar, amma bu 9 ay gözlədiyi körpəsinin dünyaya gəlməyini hamıdan çox istəyir və ona canla-başla baxır, lakin artıq aylardır yüklənmiş bədən və üstəlik doğuş zamanı keçirdiyi stress ananın uşağa istədiyi kimi baxmağa mane olur, yuxusuz gecələr, uşağın ağlamağı onu bu stress vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Evdə də ananın bu vəziyyətini başa düşülmürsə, qadın daha da özünə güvənini itirir, axı aylardır çəkdiyi əziyyət onu da yormuş və onun da qayğıya ehtiyacı vardır.

Əsasən doğuşdan sonrakı depressiyanın 3 tipi vardır:

Doğuş qurtarandan sonra bir neçə sutka ərzində olur. Bu zaman qadın özünü güvənsiz, aciz hiss edir, davamlı olaraq qadını ağlamaq və qorxu hisləri bürüyür.
Yüngül formalı depressiya – bu bir neçə gündən bir həftəyə qədər davam edə bilər, tənhalıq, köməksizlik və qorxu hissləri ilə müşahidə olunur.
Xroniki depressiya – bu doğuşdan sonrakı ilk 3 aydan 1 ilə qədər, hətta ağır hallarda 3-4 ilə qədər davam edə bilər. Bu zaman ən adi işlərin görülməsi mümkünsüz və dözülməz olur, qadın davamlı olaraq həyəcan və qorxu içində yaşayır.
Bəs nə etməliyik ki bu vəziyyətdən tez bir zamanda qurtulaq və uşağa lazımınca diqqət yetirək:

1. Deməli, ana olduğunuz andan başlayaraq siz əvvəllər öyrəşdiyiniz həyat tərzindən çox uzaqlaşırsınız, heç nə əvvəlki kimi olmur, məsələn ən sevdiyiniz filmi və yaxud verilişi izləyə bilmirsiniz, buna nə imkanınız, nə də vaxtınız çatır. Ən yaxşı iş görə-görə radionu açın və musiqiyə qulaq asın, xəbərləri dinləyin. Bu yolla ən azından dünyada baş verən hadisələrdən xəbərdar olarsınız. Həm musiqi dinlədikcə əsəbləriniz sakitləşər, eyni zamanda gördüyünüz işlər də əyləncəli olar.

2. Çalışın sizin üçün ən vacib olan işləri görəsiniz, çünki evinizdə əvvəlki ideal təmizliyinizi saxlamağa sizin sadəcə olaraq gücünüz çatmayacaq. Düşünün ki, evin bu vəziyyəti müvəqqətidir, indi siz bütün enerjinizi və gücünüzü uşaq üçün sərf etməlisiniz, çünki onun daha çox sizə ehtiyacı var, bunu unutmayın.

3. Unutmayın ki, hərdən siz də özünüzə vaxt ayırmalı, salona getməli, üzünüzə saçınıza qulluq etməli, mağazaları gəzib alış-veriş etməyə ehtiyacınız var. Bunun üçün yaxınlarınızın birindən kömək istəməkdən heç də çəkinməyin, onlar böyük məmnuniyyətlə 1-2 saatlıq körpəyə baxmaqdan zövq alacaqlar.

4. Sizin üçün ən vacibi həm də dincəlməkdir. Çalışın özünüz üçün yuxu saatları müəyyən edin, yaxşısı budur bu gündüz vaxtlarına təsadüf etsin. Körpə yatmışkən siz də yatın. Sadəcə olaraq gözünüzü yumun və heç kimlə söhbət etməməyə çalışın, dincəlin. Kofeyin tərkibli içkiləri içməyin bu əsəbililiyi artırır.

5. Uşaq yatmışikən kitab oxuyun, bu ananın fikrini yayındırıb və əsəbi vəziyyətdən çıxarmağa kömək edəcək.

6. Vanna qəbul edin, telefonu söndürün, gimnastikayla məşğul olun. Bu sizin hamiləlik və doğuşdan sonra korlanmış bədən formanızın yenidən bərpa olunmasına kömək edəcək.

7. Uşaqla gəzintiyə çıxan zaman yaxşı geyinin, saçlarınızı düzəldin, kosmetikadan istifadə edin. Bu sizə əvvəlki güvəninizi qaytarmağa kömək edəcək. Yolda dost-tanışlarla rastlaşdınız zaman sizi yaxşı vəziyyətdə görüb doğuşdan sonra gözəlləşdiyinizi söylədikləri zaman özünüzə güvəniniz yenidən bərpa olunmağa başlayacaq…

Maraqlı     Baxılıb: 3199   Tarix: 13 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani