Dondurmalar hansı yağdan hazırlanır? - Gizli təhlükə
Bəzi vicdansız istehsalçılar dondurmaya sağlamlıq üçün təhlükəli olan maddələr əlavə edirlər. Məsələn, heç bir faydası olmasa da, dondurmaya yağlılığı artırmaq üçün palma yağı əlavə olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə "Gazeta.ru"ya diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq danışıb.
Həkim etiketə diqqət etməyi tövsiyə edib və bildirib ki, məhsul bitki kremindən və ya süd yağının analoqundan hazırlanırsa, başqa bir markaya üstünlük vermək daha yaxşıdır.
"Belə adlar altında palma yağı gizlədilir, qida rasionumuza trans yağları gətirir, bu, orqanizmdə iltihabi proseslərin inkişafını sürətləndirir və ateroskleroza səbəb ola bilər. Dondurmada belə yağların və şəkərin birləşməsi çox təhlükəli qarışıqdır", - diyetoloq xəbərdarlıq edib.
Onun fikrincə, dondurulmuş meyvə-tərəvəz şirələrini dadlandırıcı əlavə edilmədən almaq daha yaxşıdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi