DONDURMANIN KEYFİYYƏTSİZ OLDUĞUNU NECƏ BİLMƏK OLAR? - AÇIQLAMA
"Dondurma müəssisəsələri dondurmaların yağlılığını artırmaq üçün müxtəlif süni yollara əl atırlar. Bu isə dondurmaları keyfiyyətsiz edir. İstehlakçılar dondurma yedikləri zaman onun keyfiyyətsizliyini müəyyən edə bilmək üçün ilk növbədə onun dadının acı olub-olmadığına diqqət yetirməlidirlər. Dondurmanı yedikdə dilin üstündə, boğazda acılıq hiss edilirsə, deməli, dondurmanın yağlılığını artırmaq üçün ona kərə yağı deyil, marqarin, bitki mənşəli yağ əlavə edilib.
"Əgər dondurma bir dəfə temperatur riskinə məruz qalıb yenidən dondurulursa, o, artıq təhlükəli və çirklənmiş dondurma sayılır. Belə dondurmaları onların qablarının formasına baxmaqla müəyyən etmək olar. Əgər dondurma əzilmiş formadadırsa, demək o, əriyib yenidən dondurulub. Bu cür dondurmaları almaq arzuolunmazdır, alıcılar buna diqqət yetirməlidirlər".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür