Donvurma

DonvurmaI dərəcəli donvurma
II dərəcəli donvurma
III dərəcəli donvurma
IV dərəcəli donvurma
Donvurma - aşağı temperaturun təsiri altında dəri və dəri altı toxumaların zədələnməsidir. Donvurma qan dövranının pozulması üzündən baş verir. Xırda qan damarlarının spazmı nəticəsində qan dövranı tam dayana bilər. Çox vaxt əl və ayaq barmaqları, qulaqlar, yanaqlar və burunun ucu donvurmaya məruz qalır.
I dərəcəli donvurma: rəngin ağarması, dərinin həssaslığının aşağı düşməsi və ağrı ilə başlayır. Bir müddətdən sonra bədənin don vurmuş hissəsindəki dəri tamamilə həssaslığını itirir, ağrı isə kəsilir. Don vurmuş yer isidildikdən sonra şiddətli ağrı baş verir. Qızartı və şiş əmələ gəlir.
Yardım: Əgər şaxtada uşağın yanaqlarında ağ ləkələr əmələ gəlmişsə və ya uşaq barmaqlarının ucunu hiss etmirsə, onda don vurmaya qarşı tədbirlər görmək lazımdır. Bədənin soyumuş hissəsindəki qan dövranını soyuqdan ağarmış yeri yun əlcək və ya yun şərf ilə sürtməklə bərpa etmək olar. Bu məqsəd üçün qardan istifadə etmək olmaz, belə ki, kiçik buz parçaları dərini cızar, əridikdə isə dərinin səthində soyuq su kütləsi əmələ gətirər.
II dərəcəli donvurma : zahiri cəhətdən birinci dərəcəli donvurma kimi görünür, lakin don vurmuş yer isidildikdən sonra şiş dərialtı birləşdirici toxumaya da yayılır. Dəri tünd qırmızı-göyərmiş rəng alır. Don vurmuş nahiyədə içərisi şəffaf və ya qanlı maye ilə dolu suluqlar əmələ gəlir. Bu əlamətlər 2-3 həftədən sonra yox olur. Don vurmuş yer soyuğa həssas olaraq qalır.
III dərəcəli donvurma : uzun müddət soyuqda qaldıqda baş verir. Don vurmuş yer isidildikdən sonra ağrı və şiş daha kəskin şəkildə olur. Keyləşmə təkçə dəri və dərialtı birləşdirici toxumaya deyil, habelə əzələlərə də yayılır. Don vurmuş yer göy-tünd qırmızı və ya qara rəngə çalır. Sağalma uzun müddətdən sonra baş verir.
IV dərəcəli donvurma : keyləşmə bütün yumşaq toxumaları və sümüyü əhatə edir.
Yardım: II, III və IV dərəcəli donvurma zamanı bədənin soyumuş nahiyyəsini tez bir şəkildə isitmək olmaz, belə ki, bu zaman yalnız dərinin üst qatları isinmiş olur. İsinmə xaricdən deyil, daxildən tədricən baş verməlidir. Bədənin soyumuş yerlərinə isti hava, isti su və hətta isti əllərin təsiri zərərli ola bilər. Soyuğun təsiri altında bədənin zədələnmiş hissəsinə istilik keçirməyən sarğı - yun ( corab və ya əlcək olar), pambıq-cunayı sarğı qoyurlar. Əl və pəncə barmaqlarının tərpənməzliyini təmin etmək məqsədilə istilik keçirməyən sarğının üstündən taxta lövhəcik, faner parçası və ya qalın karton bərkidirlər. Bu zaman pəncə 90 dərəcə bucaq altında olmalıdır, əl isə açılmış vəziyyətdə olmalıdır. Bu ondan ötəridir ki, qan dövranı bərpa ediləndən sonra qan sızmanın qarşısı alınsın. Uşağı isti otaqda yerləşdirirlər, içməyə isti çay və ya kofe verirlər. Don vurmuş əl-ayaqda qan dövranının bərpa olunması əlamətləri meydana gəlməyənə qədər (barmaqlarda həssaslığın bərpa olunması, barmaqlarda sancma hissi və istiliyin əmələ gəlməsi ) istilik keçirməyən sarğını çıxartmırlar. Əgər bədənin don vurmuş nahiyəsində həssaslıq bərpa olunmursa və ya səthdəki toxumalarda ciddi zədə gözə dəyirsə uşağı tez xəstəxanaya çatdırmaq lazımdır. Ayaqqabı buz bağladıqda (şaxtalı havada ayaqları soyuq suya saldıqdan sonra) onları isti otaqda çıxartmaq lazım deyil. Zərər çəkən şəxsin ayaqlarını ədyalla bürümək və onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1066   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

geyim dəbləri donlar 2026 gozel gorunmek cinsi mövzular hər gün bal ziyafət geyimləri 2026 toy gecəsi kosmetika bürcler penis vətən ariqlamaq meseller