Dramaterapiya vasitəsilə uşaqların bacarıqlarını inkişaf etdirən xanım - FOTO

Dramaterapiya vasitəsilə uşaqların bacarıqlarını inkişaf etdirən xanım - FOTOXumar Kərimli: "Bu həyatın qalibləri mənəviyyat hissini heç vaxt zədələməyənlər, ya da zədələyib bərpa edənlərdir"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 
Cəmiyyətə faydalı olmaq onun həyat devizidir. Deyir ki, insan nə qədər sağdırsa, yaşayırsa, başqa insanlara faydalı olmalıdır. Ona görə, insan ancaq pul qazanmağa fokuslananda, bir müddət sonra hamını özündən uzaqlaşdırır. Böyüdükdən sonra başa düşürsən ki, daxilində olan sevgi və mərhəmət hissindən vacib heç nə yoxdur. Müsahibimiz dramaterapist Xumar Kərimlidir.
Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin teatr rejissorluğu ixtisasını bitirib. Uşaqlıqdan ictimai aktivliyi, könüllülük fəaliyyəti ilə həmyaşıdlarından seçilib: "Universitet illərində daha çox xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlarla bir yerdə çalışmağa başladım. Kiçik tamaşalar qurur, uşaqlarla vaxt keçirirdim. Universitetdən sonra bir müddət televiziya sahəsində çalışdım. İşdən çıxan kimi internat evinə, uşaqların yanına qaçırdım. Belə həyat tərzi mənə daha xoş idi. Sonra bir illik Avropa Komissiyasının könüllü proqramı ilə Polşaya getdim. Polşada 3 təşkilatda işləyən yeganə könüllü idim. Orada sağlamlıq imkanları məhdud, daun sindromlu və tipik uşaqlarla işləyirdim. Məktəblərdə, bağçalarda həm dramaterapiya edir, həm də onlarla bir yerdə zaman keçirirdim. 6-7 ill bu şəkildə könüllü fəaliyyətim olub".
Həmsöhbətimiz öyrəndiklərini ölkəmizdə tətbiq etmək üçün Azərbaycana qayıdıb: "Çünki Azərbaycanda dramaterapiya sahəsi inkişaf etməyib. Düzdür, bütün psixologiya mərkəzlərinin daxilində var, amma onlar yalnız rollu oyunlar etməklə kifayətlənirlər. Bu sahədə peşəkar mütəxəssis yoxdur. Əslində xaricdə, Avropa və digər ölkələrdə dramaterapiya ixtisas olaraq tədris edilir. Mən də peşəkar mütəxəssis olmaq üçün xaricdə təhsil almağı planlaşdırıram".
- Xumar xanım, dramaterapiya nədir və cəmiyyətə nə kimi töhfəsi var?
- Dramaterapiya uşaqlarda zehni, sosial və psixomotor bacarıqların bütünləşməsi yönündən çox önəmlidir. Terapiya zamanı uşaqlarda bədən dilindən istifadə etmə, izləmə və diqqət cəmləmə, problem həlletmə, özünütanıma və ifadəetmə, hərəkətlərin koordinasiyası kimi bacarıqlar inkişaf edir. Dramada iştirakçılar bildikləri və ya yeni əhvalatları, hər hansı hadisəni hərəkətlərlə, sözlü ifadələrlə canlandırırlar. Burda qayda-qanun , əzbərləmə, təkrar etmək məcburiyyəti yoxdur, içlərindən gəldiyi kimi, hətta bəzən rolu dəyişərək oynaya bilərlər. Dramaterapiyada aqressiya, düşməncə hisslər, hücum etmək kimi davranışlar, basdırılmış mənfi duyğular kontrollu şəkildə əks olunur. Nəticədə uşaq özündə gizli bacarıqları kəşf edir, özünəinamı  artır, sağlam və sərbəst qərarlar verə bilir, başqaları ilə birlikdə çalışma alışqanlığı qazanır, xəyal gücündən istifadə etməyi bacarır. Fərqli xarakterdə olan və fərqli problemlərlə gələn uşaqların bir arada olması da yaxşı nəticə verir. Psixoterapiya zamanı uşaqlar bədən dilindən istifadə etmək, gözləmə, diqqəti cəmləmə, problemi həlletmə, özünü tanıma, ifadəetmə və hərəkətlərin koordinasiyası kimi bacarıqları inkişaf etdirir. Terapiya tamaşalar vasitəsilə edilir. Bu zaman uşaqların şüuraltında yaranan travmalar üzə çıxmağa başlayır. Bundan əlavə, tipik və atipik uşaqlar bir yerdə komanda şəklində fəaliyyətə başlayırlar. Bu, onların inteqrasiyası üçün çox faydalıdır. İlk növbədə özünə qapalı olan uşaqlar daha çox sosiallaşmağa başlayırlar. Onların özlərinə münasibəti dəyişməyə başlayır. 5-18 yaş arası uşaqlar üçün tövsiyə olunur.
- Terapiya yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlara, yoxsa, hər kəsə aiddir?
- Hər kəslə keçirilir. Bunu ayırmaq düzgün deyil. Çünki dramaterapiya birbaşa sosiallaşmağa, inteqrasiyaya, şüur altındakı travmalara yönəlir. Teatr vasitəsilə sənin problemini üzə çıxarır. Atipik inkişafı olan uşaqların daimi şəkildə aktiv həyat tərzinə ehtiyacları olur. Onlarda aktiv həyat tərzi dayanan kimi, geriyə inkişaf getməyə başlayır. Deyirlər ki, uşaq geri qalır. Əslində uşaq geri qalmır, zaman gedir, uşaq olduğu yerdə qalır və geridə qalmış sayılır.
- Könüllü şəkildə Afrikaya getməyi və oradakı uşaqlarla vaxt keçirməyi planlaşdırırsınız.
- Bəli, orada könüllü şəkildə dramaterapiya ilə məşğul olacağam. Mənim üçün "özgə uşağı" anlayışı yoxdur. Bütün uşaqlar eynidir. Müxtəlif qitələrdə fərqli yoxsulluqla üzləşən ölkələr var. Həm mən onlara töhfə verəcəyəm, həm də onlar mənə. Sonra qazandığım təcrübəni öz ölkəmdə davam etdirəcəyəm.
- Tələbəlik illərindən könüllü kimi işləməyə başlayıbsınız. Bundan bir neçə il öncəsinə qədər insanlara pulsuz işləmək gülünc gəlirdi. Belə hallarla qarşılaşıbsınız?
- Uşaq vaxtından "insan sosial varlıqdır" düşüncəsi ilə böyümüşəm. Bir-birimizlə dərdimizi paylaşmaq, vaxtımızı buna sərf etmək belə, könülüllük fəaliyyətidir. Mənə görə, insan hər şeyi özü üçün edir. Öz ailəm belə mənim könüllü fəaliyyətimə qarşı çıxırdı ki, öz işinə fokuslan, özünü düşün, pul qazan. "Yorulursan", "xəstlənirsən", "işlərini çatdıra bilmirsən" kimi sözlərlə tez-tez rastlaşmışam. Mən bunu etməklə özümü xoşbəxt hiss edirəmsə, nə üçün etməyim? Qazancım mənəvi rahatlığımdır. Düşünürəm ki, insan cəmiyyətdə varsa, mütləq onun sosial fəaliyyəti olmalıdır. Mən insanın ancaq özünə, ailəsinə faydalı olmasını qəbul edə bilmirəm. Sənin cəmiyyət üçün heç bir faydan yoxdursa, ancaq pul qazanmağa fokuslanırsansa, robotdan fərqin yoxdur.  Pul qazanamaq lazımdır, mən də çalışıram, heç vaxt işsiz olmamışam. Amma pul qazanmaq mənim sosial, könüllü fəaliyyətimə mane olmayıb. Gələcəkdə dramaterapiya sahəsindən pul qazansam belə, könüllü şəkildə də uşaqlarla məşğul olacağam. Dramaterapistlər yetişdirəcəyəm ki, onlar da könüllü işləsinlər. İnsan nə qədər sağdırsa, yaşayırsa, başqa insanlara faydalı olmalıdır. Çünki mənəvi hisslər mütləq üzə çıxmalıdır. İstifadə etmədikdə, o hisslər ölüb gedir, sənin bir gün ona işin düşür, əlini atırsan ki, yoxdur. İnsan ancaq pul qazanmağa fokuslananda ətrafını bir müddət sonra özündən uzaqlaşdırır. Amma gün gəlir, basdırdığın mənəviyyata ehtiyac duyursan. Böyüdükdən sonra başa düşürsən ki, daxilində olan sevgi və mərhəmət hissindən vacib heç nə yoxdur. Bu hiss nədirsə, insanları ağrıtmamağa, incitməməyə hesablanıb. Hamımızın içində mərhəmət var. Təbii ki, onu bizə unutdura biləcək N qədər hadisə yaşayırıq. Amma onu geri qaytarmaq çox vacibdir. Hətta deyərdim ki, həyatın qalibləri bu hissi heç vaxt zədələməyənlər, ya da zədələyib bərpa edənlərdir.
- İnsanlara qarşılıqsız yardım etmək artıq sizdə tələbata çevrilib...
- Bəli, bu, mənim tələbatımdır. Bu hiss məndə uşaqlıqdan var. Uşaqlıqda çantama qoyulan yeməyi məktəbin yanında dilənçi xanıma verirdim. Evimizə qonaq gələndə, özüm yerdə yatırdım, yerimi başqasına verirdim.
- Düşünürsünüzmü ki, aşırı fədakarlıq da sizə zərər verə bilər?
- Bəli, aşırı fədakarlıq da travmadır. Bu da balanslı olmalıdır. Mən əvvəl bunu balanslı etmirdim. Mənəvi baxımdan əziyyət çəkirdim. Fədakarlıq öz yerini kiməsə vermək həddində yox, "gəl bu yeri birlikdə bölüşək" həddində olmalıdır. Məsələn, bir valideynin uşağını pulla dramaterapiya edirəmsə, mütləq bir nəfər aztəminatlı ailəyə pulsuz edirəm. Mən qocaları və uşaqları çox sevirəm. Çünki insan qocalıqda və uşaqlıqda çox təmiz olur. Yetkin yaşımızda daha çox mübarizə əzmində olur və əzməyə çalışırıq. Bu səbəbdən, ən saf dövrümüz qocalığımız və uşaqlığımızdır.
- Daun sindromlu mənəvi qızınız var. Nazlı... Nazlı sizə hansı həyat dərslərini keçib?
- Nazlını ilk dəfə xəstəxanada təsadüfən, analiz verməyə gedəndə görmüşdüm. 3 yaşı var idi. Sonra o, mənim üçün fərqli bir insana çevrildi. Daun sindromlu uşaqların içində pislik olmur. Nazlı mənə qarşılıqsız sevməyi öyrətdi. Məsələn, mən səni çox sevirəm, sən məni sevməyə də bilərsən, amma mən yenə də səni sevirəm. Ən əsası, Nazlıdan sevgi dolu olmağı öyrəndim.
- Xumar xanım, dramaterapiya vasitəsilə uşaqların alt şüurunu ortaya çıxarır, təmizləyirsiniz. Maraqlıdır, bizim körpələrin problemləri nədir? Onların şüurunun altında nələr yatır?
- Hər şeyin başında cəmiyyətdəki problemlər dayanır. Mental dəyərlər, qıza aşılanan "sən utancaq olmalısan", "sən qapalı olmalısan" kimi fikirlər, oğlan uşağının şüuruna yeritdikləri "kişi ağlamaz" söhbətləri gələcəkdə uşaqlarda travma yaradır. Oğlanlar ağlaya bilmir, qızlar da istəklərini içində boğurlar. Ən pisi isə odur ki, valideynlər uşaqlara intiqam hissi aşılayırlar. Özünəinamla özündənrazılığı qarışdırırlar. Özünəinam odur ki, sən ətrafı da sevirsən, özünü də. Özündənrazılıq isə "hamı pisdir sən yaxşısan" deməkdir. Uşaqlara "kim səni vurubsa, sən də vurmalısan" deyirik. Biz uşaqlara intiqam hissini deyil, özünümüdafiəni öyrətməliyik. Ailədə sağlam münasibət olmalıdır. Mayalanma dövründə ananın keçirdiyi bütün hisslər  uşağa ötürülür. Atanın isə anaya münasibəti uşağa keçir. Bunlar bir-birinə zəncir kimi bağlıdır. Bu səbəbdən, uşaqlar travmalar yaşayır, özlərinə qapanır, aqressiv olurlar.
- Gələcək planlarınız...
- Dramaterapiya mərkəzi açmaq istəyirəm. Valideynlərlə maarifləndirici təlimlər keçirməyi planlaşdırıram. Bu gün həyatımızda nə baş verirsə, bu, mütləq uşaqlıqla əlaqəlidir. Yeni dramaterapistlər yetişdirmək istəyirəm. Çox istəyərəm ki, dramaterapiyanı tədris kimi məktəblərdə keçsinlər. Təhsil alıb gəldikdən sonra bununla bağlı müraciət edəcəyəm.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1375   Tarix: 02 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB

Hər il gənclərin xəstəliklərə yoluxma sayı daha da artır. . 14-29 yaşlı gənclər arasında yayılan xəstəliklərə nəzər saldıqda, onların ən çox tənəffüs orqanları ilə bağlı xəstəliklərdən əziyyət çəkdikləri ortaya çıxır. -ı

.

Miqreni olanlar bu qidaları yeməsin

Miqren sadəcə adi baş ağrısı ilə kifayətlənməyən, bir çox insana gündəlik həyatında ciddi maneələr yaradan nevroloji pozuntudur. Bu xəstəlik bəzi hallarda iş qabiliyyətini azaldır, yuxu və qidalanma rejimini pozur, həmçini

.

Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır - Ciddi xəbərdarlıq

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarını

.

Yayda soyuqdəymə: İsti havada insanlar niyə xəstələnir?

Soyuqdəymə adətən qış fəslilə əlaqələndirilsə də, bir çox insan elə yayın qızmar günlərində bu xəstəliyə tutulur. Bəs isti havada virusla yoluxmaq necə mümkün olur? . xəbər verir ki, ukraynalı pediatr Darya Vlasenko bu sual

.

Limon sıxıb içəndə faydası 2 dəfə artır

Kofenin içinə limon sıxmaq sağlamlıq üçün faydalıdır. Bu praktik üsul qəhvənin enerjiverici təsirini artırır, immunitet sistemini gücləndirir, həzmi dəstəkləyir və dərinin sağlamlığını yaxşılaşdırır. Həm ləzzətli, həm d

.

Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq

Alça yaz-yay aylarının əvəzolunmaz meyvələrindəndir. Bu meyvə daha çox duz ilə istehlak edilir. Bəs, alçanın duz ilə yeyilməsi orqanizmimizə necə təsir göstərir?. xəbər verir ki, bu meyvə duzla və həddindən artıq miqdard

.

Niyə kariyes tez-tez təkrarlanır? - SƏBƏBLƏR

Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş problemlərindən biri olaraq qalır. Hər nə qədər stomatoloq tərəfindən uğurla müalicə edilsə də, bəzi hallarda bu problem zamanla yenidən üzə çıxır. Bəs kariyesin təkrar-təkra

.

Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş

Qaraciyərin sağlamlığına ciddi təsir göstərən, lakin sağlam hesab edilərək gündəlik istehlak olunan bəzi qidalar əslində təhlükə saçır. xəbər verir ki, Harvard və Stanford universitetlərində təhsil almış gastroenteroloq Dr

.

Yatmazdan əvvəl ayaqlarınıza bunu vurun - Uşaq kimi yuxuya gedəcəksiniz

Stres, iş təzyiqi və günümüzün sürətli ritmi bir çox insanda yuxu problemlərinə səbəb olur. Mütəxəssislər isə bildirirlər ki, keyfiyyətli və kəsintisiz yuxu yalnız zehni deyil, fiziki sağlamlıq üçün də vacibdir. İndi is

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetik vasiteler sac duzumleri kosmetika mehsullari masin sou süd vəziləri qiymenin hazirlanmasi 1 yaşına qədər körpələrə qulluq qadin.az vətən həsrətinə aid bayatılar baldiza aid haxisda toy gecesi haqisda