Dubay şokoladları ilə bağlı saxta məhsul xəbərdarlığı – Ölümcül risk var
Birləşmiş Krallığın Qida Standartları Agentliyi (FSA) Dubayda məşhurlaşmış viral şokoladlarla bağlı saxta və təhlükəli məhsullar barədə xəbərdarlıq yayıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə populyarlıq qazanan, içliyi fıstıq və kadaif xəmirindən ibarət olan bu şirniyyatın bəzi saxta versiyaları insan sağlamlığına ciddi təhlükə yaradır.
Bu məhsullarda küf toksinləri, qadağan olunmuş boyalar və xərçəng riski daşıyan kimyəvi maddələr aşkarlanıb.
FSA-nın elmi müşaviri professor Robin May bildirib ki, xüsusilə allergiyası olan insanlar üçün bu məhsullar ölümcül ola bilər. Qurum vətəndaşlara yalnız etibarlı, Britaniya standartlarına uyğun etiketli məhsullar almağı tövsiyə edir.
Agentlik təhlükəli məhsulların satışdan yığışdırılması üçün yerli orqanlarla əməkdaşlıq etdiyini, araşdırmaların davam etdiyini açıqlayıb.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı