Dünya bu toydan danışır, Messi evləndi... - FOTOLAR
"Barselona" klubunun hücumçusu Lionel Messinin toy mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, futbolçunun vətəni Argentinada baş tutan toya 300-dən artıq hüquq-mühafizə orqanlarının əməkdaş cəlb edilib. Güclü mühafizə ilə qorunan toyda 260 qonaq iştirak edib. "Barselona" klubunun oyunçuları Neymar, Luis Suares, Jerar Pike öz dostlarını xoş günündə tək qoymayıblar.
Qeyd edək ki, Lionel Messi və Antonella Rokuçço toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım fonduna ianə etməyi xahiş ediblər.