Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda

Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda50 mindən çox xəstənin beyin tomoqrafiyasını öyrənən neyrofizioloq Daniel Amen bildirib ki, beynin hansı vəziyyətdə olduğunu başa düşmək çox asandır. Bunun üçün sadəcə olaraq insanın üzünə baxmaq kifayətdir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis dərinin vəziyyətinin beyinlə oxşar və bir-biri ilə əlaqəli olduğunu iddia edib.
Əgər dərinin qırışmasını istəmirsinizsə, ilk növbədə beyin sağlamlığı ilə məşğul olmalısınız. Oxuyucuları neyrofizioloqun beyni gəncləşdirən və dərini cavanlaşdıran 12 qaydası ilə tanış edirik:
1. Beyin yaxşı yatanda dəri parlayır
Yaxşı yuxu cavanlaşdırır. Dəri hüceyrələrinin yenilənməsi, ölü dəri hüceyrələrinin təzə və yeni hüceyrələrlə dəyişdirilməsi yuxu zamanı sürətlənir. Yaxşı yuxu bütün gəncləşdirici kosmetikalardan və prosedurlardan effektli təsir göstrir. Yuxu zamanı dəri bərpa edilir və gün ərzində yığılmış toksinlərdən təmizlənir. Bədən hormonlarının balansı bərpa edilir və xəstəliklərin qarşısını alır.
2. Stressiz - hər şey hamardır
Daha gənc görünmək üçün stressi aradan qaldırın. Həyatınızdakı stressi azaltmaqla dəri vizual olaraq bir neçə yaş daha cavan görünməyə başlayır və yaşlanma prosesi ləngiyir. Stress hormonları nəzarət altında olduqda, dəridə daha az qırış və ləkələr görünür.
3. Qan dövranını yaxşılaşdırmaq üçün məşqlər
Qan dövranının sürətlənməsi ilə beyin və dəri qan dövranı yaxşılaşır. Hüceyrə yenilənməsi və kollagen artımı yaxşılaşır, mikro zədələr və dəri yaraları daha sürətlə sağalır. Bu, artmış qan dövranının təsirlərinin bir hissəsidir.
Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda4. Hormonları balansda saxlayın
Qara nöqtələr, quru dəri, yağlı dəri, qırışlar, şişkinlik və sallanma - bütün bu əlamətlər bədəndə hormon balansının pozulması ilə bağlı ola bilər. Məsələn, estrogen hormonu yaşlanma prosesini zəiflədir, cildin elastikliyini qorumağa kömək edir. Estrogen sayəsində kollagen lifləri bir-biri ilə birləşərək elastiklik və hamarlığı təmin edən bir cür şəbəkə təşkil edir və dərini sallanmadan qoruyur. Yaşla əlaqədar olaraq estrogen səviyyəsinin azalması dəri toxumalarının zəifləməsinə gətirib çıxarır. Bədənin hormon balansını qorumaqla dərinin yumşaq, hamar və parlaq qalmasına kömək edəcəksiniz.
5. "Yaşamaq sevmək deməkdir" - daha çox sekslə məşğul olun
Yaxşı, müntəzəm seks estrogen və dehidroepiandrosteron kimi hormonların səviyyəsini artırır ki, bu da dərinin hamar və elastik olmasına kömək edir. Bir məzəli tədqiqata görə, müntəzəm sekslə məşğul olmaq 10 yaş cavan qalmaq deməkdir.
6. Kofein və spirti məhdudlaşdırın
Cildinizin yumşaq və elastik görünməsini təmin etmək üçün sidikqovucu içkilərdən qaçın.
7. Siqareti tərgidin
Siqareti atmaqla, dərinizə dəyən zərərin bir hissəsinin qarşısını ala bilərsiniz.
8. Beyin üçün faydalı məhsullar yeyin
Beyin üçün faydalı olan antioksidanlarla zəngin qidalar dəriyə sağlam görüntü qazandırır və hüceyrələrin yenilənməsi prosesini artırır.
Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda9. Sağlam çəkini qoruyun
Sabit və normal çəki dərini tonusda salxayır və elastikliyini qoruyur.
10. Daha çox su için
Kifayət qədər su içmək dərinin nəm balansını təmin edir, dolayısı ilə qırışların da qarşısını alır.
11. Günəşə diqqət yetirin
Bədəndə kifayət qədər D vitamini istehsal olması üçün günəşli havada gəzmək lazımdır. Ancaq aşırı dərəcədə günəş şüalarına məruz qalmaq yaş ləkələrinə və ya erkən yaşlanmağa səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, gün ərzində günəşdə təxminən iyirmi dəqiqə gəzmək kifayətdir. Qalan zaman günəş kremi istifadə etmək məsləhətdir.
12. Ruhi xəstəliklərdən və yaddaş problemlərindən qurtulun
Xroniki stress, depressiya, narahatlıq, təşviş və ya psixiki aktiv maddələrdən sui-istifadə dərini canlılıq və elastikdən məhrum edir. Bu xəstəliklərdən nə qədər tez xilas olsanız, bir o qədər yaxşıdır. Onda dərinin görünüşü də bərpa olunacaq.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2240   Tarix: 13 iyun 2019
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

qaşların formalari makiyaj etmek qaydalari reseptler soz haqqinda atalar sozu ureyin isemik xestelikleri çimərlik dəbi goyemin faydasi kosmetika atalar sözləri kley lekesi haqisda rus dili vusale elizade