Dünyaca məşhur simalar Ağalarovu belə təbrik etdilər - FOTOLAR- VİDEO
Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun 60 yaşı tamam olub.
Rusiya mediasının verdiyi xəbərə görə iş adamının yubileyi təmtəraqlı şəkildə qeyd edilib. Restoranlardan birində baş tutan məclisə Hollivud ulduzu Robert De Niro da qatılıb.
Gecədə Emin Ağalarov atası üçün yazdırdığı mahnını oxuyub.
Növbəti gün isə Moskvada Araz Ağalarov və oğlu Eminə aid olan "Krokus city mall"da yeni mağazaların və "Nobu" restoranının açılışı olub.
Açılış mərasiminə Hollivud ulduzu Robert De Niro, dünyaca məşhur aşpaz Nobu Matsuxisa, məşhur ulduz Toni Brekston da iştirak edib.
Açılış mərasiminin qonaqları arasında Rusiyanın tanınmış ifaçıları da yer alıb.