Dünyanın 5 ən kanserogen məhsulu

Dünyanın 5 ən kanserogen məhsuluHər il bütün dünyada xərçəng xəstəliyinə tutulmuş insanların sayı artır. Alimlər müxtəlif səbəblər gətirir.
Səbəblər arasında qidalanma da qeyd olunur.
Alimlər sübut edir ki, bəzi məhsullar orqanizmə kanserogen ("canser" - xərçəng, "genes" - doğan) təsir edir, xərçəngin riskini artırır.
Mütəxəssislər ən ziyanlı 5 belə məhsulu qeyd edir:
1. Alkoqollu içkilər.
Saglamolun.az xəbər verir ki, bu içkilərin tərkibindən 2 ən güclü kanserogen maddə - etanol və asetaldegid - var. Bu maddələr, demək olar, bütün xərçəng növlərinin riskini artırır.   
2. Emal olunmuş ət (kolbasa, sosis, vetçina və s.).
Bu məhsullar nitratlar, boyaq maddələri, konservantlar və s. ziyanlı qatqılarla zəngindir. Bir sıra elmi araşdırmalar sübut edir ki, emal olunmuş ətin gündəlik istehlakı düz və yoğun bağırsağı xərçənginin riskini xeyli artırır.
3. Hisə verilmiş məhsullar (balıq, ət, toyuq).
Bu məhsulların hazırlanması zamanı onların tərkibində ziyanlı maddələr (xüsusilə benzapiren) əmələ gəlir ki, bu maddələr xərçəng hüceyrəsinin inkişafı prosesini sürətləndirir.
4. İsti çay və qida.
Yüksək temperaturlar nəticəsində ağız, boğaz, qida borusu, mədənin selikli qişası daim zədələnir ki, bu da sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin riskini artırır.
Mütəxəssislər sadə test etməyi tövsiyə edir: çay və ya yemək dodaqları yandırmırsa, onları istehlak etmək olar. Əks halda bir qədər soyumasını gözləyin.
5. Xarab olmuş qoz-fındıq.
Onların tərkibində çox ziyanlı aflotoksin maddəsi əmələ gəlir. Aflotoksin güclü zəhər və kanserogendir. Bu maddə xüsusilə qaraciyər üçün ziyanlıdır.  
Qoz, fındıq, badam, püstə və s. az da olsa acı dad verirsə, onları yemək və ya şirniyyatlarda istifadə etmək olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1026   Tarix: 18 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

makiyaj instagram sac duzumleri yemek reseptleri qadın testləri noxud sorbasi bürc uyğunluğu boy uzadan kosmetika veten toyuq salati novruza aid hakista qizlar novruz bayramına aid bakışta