Dünyanın ən nadir XƏSTƏLİKLƏRİ - FOTOlar

Dünyanın ən nadir XƏSTƏLİKLƏRİ - FOTOlarDünyada milyonlarla insan müxtəlif xəstəliklərlə mübarizə aparır, lakin bəzi nadir sindromlar və genetik pozğunluqlar tibb dünyasında nadir rast gəlinən hadisələr kimi qeydə alınır. 
Milli.Az xəbər verir ki, dünyada təxminən 7 min nadir xəstəlik qeydə alınıb və bu xəstəliklər 400 milyon insana təsir edir. Onların əksəriyyəti uşaqlardır və bu insanların 95%-i uyğun müalicə tapa bilmir.
Avropa Nadir Xəstəliklər Təşkilatı (EURORDIS) hər il fevralın son gününü "Dünya Nadir Xəstəliklər Günü" elan edib. 2025-ci ildə bu tarix 28 fevral tarixinə təsadüf edir.
Tədqiqatlara görə, nadir xəstəliklərin 80%-i genetikdir, 20%-i isə infeksiya, allergiya və ya ekoloji faktorlarla əlaqələndirilir. Dünyanın 5%-ni əhatə edən bu xəstəliklərin 75%-i uşaqlarda müşahidə edilir.
Nadir xəstəliklərin təsnifatı ölkədən ölkəyə dəyişir.
Nadir xəstəliklərin nümunələri:
1)Taş Adam Sindromu (FOP) - Bədənin müəyyən hissələrinin sümükləşməsi ilə müşahidə edilir. Hərəkət məhdudiyyəti, tənəffüs problemləri yaradır.
2) Lesch-Nyhan Sindromu - Xromosom anomaliyasına bağlıdır, əsasən oğlan uşaqlarında rast gəlinir. Özünə zərər vermə davranışı, böyrək problemləri, əzələ spazmları ilə müşahidə edilir.
3)Progeriya (Erkən qocalma sindromu) - Uşaqlarda erkən qocalmaya səbəb olur. Kardiovaskulyar problemlər nəticəsində ömür qısalır.
4)Kurt Adam Sindromu (Hipertrikozis) - Bədəndə həddindən artıq tüklənmə ilə xarakterizə olunur. Genetik mutasiyalar səbəbilə meydana çıxdığı düşünülür.
5) Möbius Sindromu (Üz iflici) - ABŞ, Braziliya və Avropanın bəzi bölgələrində rast gəlinir. Üz mimikalarının olmaması, göz qapaqlarını hərəkət etdirə bilməmək, danışma və udma çətinliyi.
6) Ximerizm (İki fərqli DNT-yə sahib olmaq) - Dünyanın müxtəlif yerlərində qeydə alınıb, lakin nadir rast gəlinir. İki fərqli dəri tonu, göz rənglərinin fərqli olması, genetik testlərin nəticələrinin ziddiyyətli olması, iki fərqli embrionun ana bətnində birləşməsidir.
Bu xəstəliklərin əksəriyyətinin tam müalicəsi yoxdur və diaqnoz qoyulması illərlə çəkə bilər. Xəstələrin çoxu düzgün tibbi xidmətə və dərmanlara çıxış imkanından məhrumdur.
Elm adamları və tibb mütəxəssisləri nadir xəstəliklərin daha erkən diaqnostikası və müalicəsi üçün araşdırmalar aparmağa davam edirlər. //BAKU.WS
Milli.Az

Xəbərlər     Baxılıb: 1635   Tarix: 05 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

turlar.az

maskalar kosmetik vasiteler həkim məsləhəti burc xelife buga burcu uşaqlar üçün edebi janrlar kosmetika hakista pizza gözellik kondom intim