Dünyanın ən təhlükəli 10 virusu...

Dünyanın ən təhlükəli 10 virusu...Hazırda dünyada tüğyan edən COVİD-19 virusu artıq 3000 mindən çox insanın canını alıb. Lakin koronavirus heç də dünyanın ən təhlükəli mikroorqanizmi sayılmır.
Milli.Az musavat.com-a istinadən ən təhlükəli 10 virusu təqdim edir.
10. MERS-CoV
Bu virus həm də Yaxın Şərq respirator sindromunu yaradır. Yoluxan xəstələrdə öskürək, qızdırma, nəfəs darlığı kimi ağır respirator əlamətlər, habelə virus pnevmoniyası müşahidə edilir. Bu virusdan ölüm halı olduqca yüksəkdir. Hər 3 xəstədən biri ölüb.
9. Ortoxanviruslar (hantaviruslar)
Hantviruslar insanlara Şimali və Cənubi Amerikadakı gəmiricilərdən keçə bilər. İlkin mərhələ güclü öskürək, nəfəs çatışmazlığı, habelə güclü yuxu ilə müşahidə olunur. 1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı bu virusa yaxalananların yarısının öldüyünü xəbər edib. Bu gün də vəziyyət o qədər düzəlməyib. Xəstələnənlər arasında ölüm riski 36%-dir.
8. Konqo-krım qanamalı hərarət virusu (KQHV)
KHV ağır qızdırma və güclü qanaxma ilə müşahidə olunan xəstəlikdir. Xəstəliyin simptomlarına dəri və selikli qişalarda qanaxma (petechiae), qanlı qusma və qara nəcis daxildir. Bu virusa yaxalananlar arasında ölüm faizi 9-50% arasında dəyişir. Əsas mənbə gəmiricilər və kişikbuynuzlu ev heyvanlarıdır. Gənə dişləməsi ilə insanlara ötürülür.
7. Lassa mammarenavirus
Lassa mammarenavirus arena virusları ailəsinə aiddir və Lassa hemorragik qızdırmasını yaradır. Yoluxanların 20 faizində diş ətində qanaxma, nəfəs darlığı, qusma, sinə ağrısı və təzyiq azalması inkişaf edir. Xəstəxanaya yerləşdirilməsini tələb edən xəstələr arasında ölüm orta hesabla 15-20% təşkil edir, lakin bəzi xəstəliklər zamanı 50%-ə çata bilər. Lassa mammarenavirus ilə bir insan gəmirici nəcisilə çirklənmiş qida və ya əşyalarla təmasda olarkən yoluxa bilər.
6. Nipaha virusu
Nipaha virusu infeksiyası ensefalit (beynin iltihabı) və tənəffüs darlığına səbəb ola bilər. Virus xəstəni tez bir zamanda koma vəzyyətinə gətirib çıxarır. Orta hesabla, yoluxanların təxminən 40% -i xəstəlikdən ölür, lakin Banqladeşdə baş vermiş xəstəlik zamanı ölüm 78% -ə çatıb.
Virus yarasalardan və yoluxmuş bir insandan keçə bilər..
5. Herpes B virusu (Macacine alphaherpesvirus 1)
Vaxtında müalicə edilmədikdə, herpes virusu B sinir sisteminin daimi zədələnməsinə və ya ölümünə səbəb olur. İnfeksiyadan sonra ölüm 80% -ə çata bilər. Herpes B infeksiyalarının təbii mənbəyi makaka meymunları hesab olunur.
4. Lujo mammarenavirus
Lujo mammarenavirus Lassa hərarəti patogeninin bir qohumudur. Bu "Luio" hemorragik hərarətinə səbəb olan təhlükəli bir virusdur. Bu xəstəlik haqqında bu günə qədər çox az məlumat var: mövcud məlumatlar Cənubi Afrikadan olan cəmi 5 xəstənin nümunəsinə əsaslanır. Onlardan dördü ölüb, yəni ölüm nisbəti 80% təşkil edib. Bu virusun təbii mənbəyi gəmiricilərdir.
3. Marburq virusu
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin mütəxəssisləri bu virusu "Ebola virusunun əmisi oğlu" adlandırırlar. Marburg virusunun doğurduğu xəstəlik, insandan insana qan və digər fizioloji mayelərlə təmas yolu ilə ötürülə bilər. Virusun əsas daşıyıcıları yarasalar və meymunlardır.
Xəstəlik şiddətli baş ağrısı və bədən zəifliyindən sonra başlayır, ardından çox sayda qanaxma baş verir. Ölüm dərəcəsi 25% -dən 90% -ə qədər dəyişir.
2. Ebola virusu
Ebola virusunun dörd növü qusma, ishal, səpki, qaraciyər və böyrəyin funksiyasının pozulması, habelə qanaxma ilə müşayiət olunan təhlükəli hemorragik hərarətə səbəb ola bilər. Bu virusdan ölüm halı 90% təşkil edir.
1. Quduzluq virusu
Bu günə qədər ən təhlükəli virus quduz virusudur, çünki xəstəyə vaxtında quduz peyvəndi verilmədiyi təqdirdə xəstəlik ölümlə nəticələnir.
Quduz virusu xəstə heyvanların tüpürcək və sinir toxumalarında olur. İnsanlar ümumiyyətlə quduz heyvanların dişləmələri ilə yoluxurlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1642   Tarix: 17 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar