Düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib - Yeni tədqiqat
İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu koronavirus pandemiyasının coğrafiyası və dünya əhalisinin qida rasionu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparıb.
Belə ki, institutun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev Ümumdünya Səhiyyə Təşkilatının və ayrı-ayrı ölkələrin statistik məlumatlarını, yoluxmanın yayılma xəritələrini müqayisəli təhlil edərək ölkələrin coğrafi və iqlim şəraiti, eləcə də kənd təsərrüfatı, xüsusilə qida məhsullarının istehsalı və istehlakına dair məlumatları müqayisə edib və bunlar arasındakı əlaqəni araşdırıb.
Elmi işçi Banqladeş və Kamboca, Vyetnam və Tailand, böyük Hindistan və Pakistan, Filippin və İndoneziya kimi isti ölkələrdə COVİD-19 virusunun nisbətən aşağı templə yayılmasını və bu xəstəlikdən sağalanların daha çox olmasını həmin ölkələrin əhalisinin daha çox, tərkibi B qrupu, PP, E vitaminləri, karotin, eləcə də insan orqanizmi üçün vacib sayılan mikroelementlərin olduğu düyü ilə qidalanması ilə əlaqələndirib.
O, bu nəticənin müvafiq sahə üzrə tədqiqatçı alim və mütəxəssislər tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Milli.Az /news.milli.az








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür