Düz bağırsaq çatları. Səbəblər və müalicə üsulları

Düz bağırsaq çatları. Səbəblər və müalicə üsullarıBabasil və kolitdən sonra düz bağırsaqı çatları bağırsaq xəstəliklərin arasında 3-cü yer tutur.
Bağırsaq çatları anal dəliyin selikli qişasının yarıqlarıdır. Bu yarığın uzunluğu 1,5-2 sm ola bilər.
Bir çox hallarda çat daxili babasillə birlikdə meydana çıxır. Bağırsaq çatları qadınlarda kişilərlə müqayisədə daha tez-tez qeyd olunur.
Saglamolun.az bildirir ki, xəstəliyin əsas səbəbi xroniki qəbizliklərdir. Bu zaman bərkimiş nəcis kütləsi düz bağırsağı zədələyir və çat əmələ gəlir. Lakin çat xroniki ishalların nəticəsində də yarana bilər. Məsələ burasındadır ki, təkrarlanan ishalın nəticəsində düz bağırsağın selikli qişası ödemləşir və iltihablaşır ki, bu çatların əmələ gəlməsinə gətirir çıxardır.
Bundan əlavə mexaniki travmalar və həzm sistemin istənilən hissəsində olan iltihab çatların əmələ gəlməsinə səbəb ola bilər.
Uşaqlarda çatlar bir çox hallarda helmintozun (qurdlar) nəticəsində əmələ gəlir. Bağırsaqlarda qurdaların olması ödemə və iltihaba səbəb olur. Qurdların yumurtaları  kəskin qaşınmaya səbəb olur və uşaq anal dəliyin sahəsini tez-tez qaşıyır. Bu isə selikli qişanın zədələnməsinə səbəb olur.
Digər səbəblərin arasında:
- çanaq əzələlərin zəifləməsi
- doğuş travmaları
- böyük fiziki yükləmələr
- mədə-bağırsaq sisteminin xroniki patologiyaları
- işlədici dərmanlardan tez-tez istifadə edilməsi.
Çatın əsas simptomu ağrılardır. Ağrılar defekasiya zamanı güclənir, babasil zamanı olan ağrılara bənzəyir, lakin daha güclü, kəskin və uzunsürən olurlar. Digər simptom - qanaxmalardır. Babasil xəstəliyi ilə müqayisədə qanaxma daha az olur (nəcis kütləsinin və tualet kağızın üzərində qan ləkələri). Düz bağırsaqda qaşınmanın olması da çatın əlamətidir.
Düz bağırsaqda çatı olan uşaqlar defekasiya zamanı ağlayır, güvəcə getməkdən çəkinir, özlərini sıxırlar. Bu isə qəbizliyin daha da güclənməsinə səbəb olur. Bu çox təhlükəlidir. Uşağınızda bağırsaq çatın ilk əlamətlərini müşahidə etdikdə, dərhal həkimə müraciət edin!
Xəstəliyin diaqnostikası və müalicəsi ilə proktoloq məşğul olur.
Müalicə zamanı qəbizlikləri aradan qaldırmaq üçün xəstəyə xüsusi pəhriz təyin olunur (əsasən bitki mənşəli və süd məhsulları). Duzlu, istiotlu, qızarmış qidalar, un məmulatları qıdalanmadan çıxarılır.
Kök, çuğundur, yaşıl almalar, qara qavalı və ərik quruları, balqabaq bağırsaqların fəaliyyətinə müsbət təsir edir. Hər axşam yatmazdan əvvəl 1 stəkan kefir için, səhər isə zeytun və ya digər bitki yağı əlavə olunmuş salat yeyin. Bu sadə vasitələr xroniki qəbizlikdən xilas olunmağa kömək edəcək.
Xəstələrə laktuloza əsaslı (prelaksan, dufalak, laktusan və s.) preparatlar və probiotiklər (lineks, laktobakterin) təyin olunur. Qəbizliklə mübarizədə balıq yağı da yaxşı kömək edir.
Lazım olduqda yüngül işlədici dərmanlar və zəif antiseptik məhlulu ilə olan imalələr təyin oluna bilər.
Ağrıları aradan götürmək üçün ilıq vannalar və mikroimalələr istifadə olunur. İltihabı götürmək məqsədi ilə çaytıkanı şamları, metilurasil və benzokain ilə olan şamlar istifadə olunur. Yaranı sağaldmaq və defekasiya aktını asanlaşdırmaq üçün qliserin şamları təyin olunur.
Bir çox hallarda çatın səbəbi mədə-bağırsaq sistemi orqanların xəstəlikləri olur. Bu səbəbdən çatın müalicəsi ilə yanaşı əsas patologiyanın müalicəsi də çox vacibdir. Əks halda müalicə nəticəsində bağlanmış çat təkrar əmələ gələ bilər.
Adətən konservativ (dərmanların köməyi ilə aparılan) müalicə yaxşı təsir edir. Lakin bəzən müalicə effekt vermir və həkim cərrahi üsulları tətbiq etməli olur. Hal hazırda aztravmatik üsullar istifadə olunur: kriodestruksiya (maye azotla müalicə) və lazer koaqulyasiyası. Bu üsullar ümumi anesteziya (narkoz) və xəstənin stasionar şəraitdə qalmasını tələb etmir.
Xalq təbabəti bağırsaq çatları zamanı bu kimi vasitələr təqdim edir (istifadədən əvvəl müalicə həkiminizlə məsləhətləşin!):
- Arı mumu (150 qr) əridilir, ora 1 xörək qaşığı çobanyastığı və 1 xörək qaşığı bağayarpağı əlavə olunur və yaxşı qarışdırılır. Sonra mum şam formalarına salınır və soyuducuda dondurulur. Hər axşam 1 şam arxa dəliyə qoyulur.
- Hər otdan 1 xörək qaşığı olmaqla çobanyastığı, dazı otu və kalendula götürülür və qarışdırılır. Üzərinə 1/2 stəkan qaynar zeytun yağı əlavə olunur, soyudulur və soyuducuya qoyulur. Bu məlhəmi anal dəliyə çəkmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1174   Tarix: 05 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik qadin dunyasi geyim dəbləri kəpək baş ağrısı uşaqlara yemək hazırlama yeni dogulmus korpeye lazim olan esyalar kosmetika balıq faydalı məsləhətlər hakiwda dolca hakışta