Duzlu yemək də xərçəng yaradır – Onkoloq
Yağlı, qızarmış qidaların xərçəng riski yaratdığını bilirdik. Artıq duzlu qidalar da bura daxil edilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin bu qidaları nə ilə əvəz etmək yollarını açıqlayıb.
"Xərçəngdən qorunmaq üçün müntəzəm olaraq menyunu təzə tərəvəz, göyərtilərlə zənginləşdirmək lazımdır.
Siqaret və alkoqoldan imtina edin.
Hisə verilmiş qidalar, yağlı,qızartma və duzlu yeməklər xroniki xəstəlik və xoraları kəskinləşdirir. Konservantlar və kimyəvi maddələr bədxassəli şiş riskini artırır.
Hüceyrələr üçün enerji mənbəyi qlükozadır, amma həddən artıq şəkər qəbulu da onkoloji xəstəliklər faktorudur. Çünki onlar da hüceyrədir və şəkər onları böyüdür.
Transyağlar, emal olunmuş qidalar, duz, şəkər, turşu həqiqətən xərçənglə əlaqəlidir. Rasiona dəyişiklik etmək bu riski azalda bilər.
Antioksidantlarla zəngin göyərti, tərəvəz, qırmızı pomidor, bibər, kələmlər, alma, limon, balıq, yaşıl çay daim süfrənizdə olsun".
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı