Duzlu yeməklər beyinə ciddi zərər vurur

Duzlu yeməklər beyinə ciddi zərər vururTerapevt və dietoloq Elvira Fasenko gündəlik duzun həddindən artıq qəbulunun beyin sağlamlığı üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, artıq duz beyində qan dövranını pozur, arterial təzyiqi yüksəldir və damar mənşəli demensiya riskini artırır.
Milli.Az xəbər verir ki, mütəxəssis qeyd edib ki, beyin yüksək enerji tələb edən orqan olduğu üçün neyronların fasiləsiz qan və oksigenlə təminatı vacibdir. Lakin çox duz damarların daralmasına səbəb olaraq bu prosesi çətinləşdirir.
Yaş artdıqca risklərin daha da yüksəldiyini vurğulayan Fasenko bildirib ki, duzlu qidalanma yalnız ürəyə deyil, eyni zamanda beyin funksiyalarına da mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı gündə maksimum 5 qram duz qəbulunu tövsiyə edir, lakin insanlar orta hesabla 9-15 qram duz istehlak edir. Əksər duz isə hazır məhsullardan - çörək, pendir, souslar, kolbasa və yarımfabrikatlardan qaynaqlanır.
Fasenko əlavə edib ki, yüksək duza öyrəşən orqanizmdə dad reseptorları zəifləyir və insanlar getdikcə daha çox duz əlavə etməyə meylli olurlar. Bu isə iltihabi prosesləri gücləndirir, oynaqlara, mədəyə və böyrəklərə ziyan vurur. Onun sözlərinə görə, duzun beyinə təsiri isə daha sürətli hiss olunur.
Həkim məsləhət görüb ki, duz qəbulunu məhdudlaşdırmaq beyin funksiyalarının uzun müddət sağlam qalmasına kömək edəcək.
Milli.Az

Xəbərlər     Baxılıb: 1021   Tarix: 27 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim dəbləri hamilelikde qidalanma geyim şəkilləri spermanin qadina faydasi turşu resepti kabab reseptləri royanin oglu kosmetika pizza vətən novruza aid hakisda eqreb prostat