DYP ilə türk xanım sürücü arasında qalmaqal: Mənim meyitimi götürərsiniz (VİDEO)

DYP ilə türk xanım sürücü arasında qalmaqal: Mənim meyitimi götürərsiniz (VİDEO)Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb.

Xanim.az-in oxu.az-a istinadən verdiyi məlumata görə, türk vətəndaşı "Hyundai ix35" markalı avtomobillə Yasamal rayonu Balababa Məcidov küçəsində yol qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə əməkdaşları qadının sərxoş olmasında şübhələniblər. Onlar xanım sürücünü ekpertiza aparılması üçün müəyyən prosedurlardan keçməyi dəvət edib, avtomobili isə müvəqqəti dayanacağa aparmaq istəyiblər.

Lakin sürücü yol polisləri ilə razılaşmayıb, hətta polisi rüşvət götürməkdə ittiham edib. O, ətrafda olanlara bildirib ki, bir neçə müddət öncə oxşar hadisəyə görə 1000 manat DYP əməkdaşlarına rüşvət verərək cəzadan yayına bilib. Daha sonra o, bu dəfə də bağışlamasını istəyib.

Xanım qeyd edib ki, yol polisi onu saxladığı zaman hücum edib, qolu yaralanıb, buna görə də onlarla heç yerə getməyəcək: "Mən heç yerə getməyəcəm, mənim meyitimi götürərsiniz".

Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.

Hadisə yerinə çoxlu sayda DYP və PPX əməkdaşları cəlb olunub. Məsələni araşdırması üçün xanımı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi aparıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücü ilə bağlı araşdırmalar gedir, güman edirik ki, sürücü hay-küy salmaqla, məsuliyyətdən yayınır. Etiraz etmək sürücünün haqqıdır. Baş vermiş faktla bağlı ətraflı məlumat verəcəyik.

Xəbərlər     Baxılıb: 2267   Tarix: 18 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

ÜST-dən hantavirus açıqlaması gəldi

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb. xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri is

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

.

ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) narahatlıq doğuran son Hantavirus epidemiyası ilə bağlı təcili media brifinqi keçirib. xəbər verir ki, sosial media kanallarında canlı yayımlanan görüş zamanı virusun qlobal yayılma risk

turlar.az

hamilelikde qidalanma hamiləlik qaşların formalari oxucu mektubu 2026 ayaqqabı modelləri arıqlama dirnaq manikuru kosmetika brusell bakteriyası faydalı məsləhətlər masqalar cinsi əlaqə vetene aid bayati