Əbədi sevginin sirri

Əbədi sevginin sirriNormal münasibətlər niyə alınmır? Bizlər uğursuzluğa yalnız bir səbəbdən düşürük. Bizlər sevginin dilində danışa bilmirik.

Bir çoxları sevgi münasibətlərində ayrılıqlarla və uğursuzluqlarla üzləşirlər. Lakin bundan nəticə çıxardan az olur. Bizlər eyni hərəkətləri edərək yeni münasibətlərdə uğur əldə etməyə çalışırıq. Bizlər sevgimizi etiraf edə bilmirik. Məhz bunu edə bilsək əbədi sevgiyə nail ola bilərik.

Çeri Çapmen "Kişilər üçün sevginin beş dili" kitabında əbədi sevginin sirləri ilə bölüşüb. Məsələ ondadır ki, siz sevdiyiniz qadının "dilini" öyrənməlisiniz. Yalnız bu zaman siz tam xoşbəxt ola biləcəksiniz. Yox bunu edə bilməsəniz sizin sevginiz döyüşə çevriləcək, hər yeni gün yeni yaralarla, yeni məğlubiyyətlərlə dolacaq.

Biz tanış olanda bu səfər hər şeyin fərqli olacağına ümid edirik. Lakin problemlər yenidən peydə olurlar. Niyə bir çox qadın və kişilər arasında problemlər yaranır? Sizin və qadının emosional sevgi diliniz fərqlidir. Bundan azad olmağın zamanıdır.

Əbədi sevginin sirrləri

№ 1 Həvəsləndirici sözlər

Qadınlar sizdən daha çox həvəsləndirici və xoş sözlərə ehtiyac duyurlar. Bu sözləri ayda-ildə bir dəfə yox daha tez-tez demək lazımdır. Dəstəkverici sözləri hər gün deyin. İkinci yarınızı daha da mülayim və sizin istədiyiniz qadın olmasına həvəsləndirin. Bəzi sahələrdə qadınlar özlərinə inanmırlar və sizin dəstəyinizə ehtiyacları vardır. Ona daha da yaxşı olmasına kömək edin. Qadın yeməkləri daha da dadlı bişirəcək, siz onu həvəsləndirin, tərifləyin. Seksdə inanılmaz bir qadına çevriləcək, siz xoş sözlərə xəsislik etməyin. Həvəsləndirci və xoş sözlər onun hisslərini alovlandıran kömürə bərabərdir. Qadın hirslidirsə onunla mübahisə etməyin, sakitləşdirməyə çalışın. Zəiflilikləri bağışlamağı öyrənin, bu əsl kişiyə xas bir hərəkətdir.

№ 2 Hədiyyələr

Qadınlar hədiyyələri sevirlər. Çox sevirlər. Hədiyyə – simvoldur. Hədiyyələr həmişə sizin onu alarkən xanımızı düşündüyünüzü unutdurmur. Hədiyyə sizin aranızda olan görünməz bir əlaqədir. Hədiyyəni almaq, tapmaq və ya düzəltmək olar. Qiymət burada vacib deyil. Hər bir şey sizin gəlirinizdən asılıdır. Hədiyyələr sizin münasibətlərinizə qoyulan "sərmayədir". Hədiyyə – sevginizin simvoludur. Hədiyyə olmasa qadın şübhələnməyə başlayacaq.

№ 3 Konkret işlər

Sevgi xahish etmir, tələb edir. Yalnız söz və hədiyyələr ilə sevgini tamamlamaq olmaz. Romantik addımlar atın, xanımınıza kömək edin. Kişinin sevgisi – onun hərəkətləridir. Öz əməlləriniz ilə sevginizin gücünü göstərin.

№ 4 Toxunuşlar

Seks – birdirsə, toxunuş – ikidir. Bizim bədənlərimiz toxunuşlar üçün yaranıb. Qısa ayrılıqların sonunda qucaqlaşmalar özündə zəriflik və sevgini cəmləyir. Masajın sirlərini öyrənin və qadın sizin həssas toxunuşlarınızdan həzz alacaqdır. Xanımınıza daha çox toxunun.

№ 5 Zaman

Xoş sözlər, hədiyyələr almaq, seks, konkret işlər – bunlar hamısı yaxşıdır. Lakin qadına bir şey də çatışmır, sizin diqqətiniz. Qadına sizin şəxsi zamanınız lazımdır. Bütün günü işdə olursuz və qadın sizinlə zaman keçirmək istəyir. Lakin zaman ayırsaz da, diqqətiniz qadında olsun. Olur ki, bütün günü bir yerdə keçirsəniz də bir-birinizə fikir vermirsiniz. İlk tanış olduğunuz günləri yadınıza salın və eyni istiqamətdə hərəkət edin.

Bunlar əbədi sevginin sirridir. Çeri Çapmenin bu məsləhətlərinə qulaq assanız qadın sizin üçün dadlı yemək də bişirəcək, uşaqlarınızı da böyüdəcək, seksdə də əvəvzolunmaz olacaq və ən əsası sizi dəlicəsinə sevəcək.

Ailə və Uşaq     Baxılıb: 3065   Tarix: 10 dekabr 2014
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

gozel gorunmek donlar 2026 geyim seçimi maraqlıdır kişi xəyanət arıqlama cins 2026 kosmetika sağlıq balıq novruz bayramina aid hakistalar oğlan evine aid hakisda tut ağacı tutdudu