Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazır

Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazırBaşağrısı ilə oyanmaq susuzluq, miqren, yuxu apnesi və ya brukizm kimi müxtəlif səbəblərdən ola bilər.
Aşağıda səhər tezdən olan baəağrəlarının səbəbləri, onlarə necə idarə edə biləcəyiniz  və nə zaman hekimə müraciət etməli olduğunuz barədə mualumat verəcəm:
Yuxu apnesi
Yuxu apnesi yuxu zamanı nəfəsin müvəqqəti olaraq qısa müddətə dayanmasıdır. Yuxu apnesi olan insanlar tez-tez səhər başağrılarıyla oyanırlar. Onlarda həmçinin digər əlamətlər:
Yüksək səslə xoruldama
tez-tez yuxudan oyanma
gündüzlər özlərini yuxulu hiss etmək
əhval-ruhiyyədə enmə
Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazırMüalicə
Yüngül yuxu apnesi müalicə tələb etməyə bilər. Lakin bir şəxs bu vəziyyətlə əlaqəli ola biləcək başağrıları davam edərsə, aşağıdakıları sınaya bilər:
arxası üstə deyil, yanüstə yatmaq
çəkinin noem daxilində saxlamaq
Siqareti tərgitmək
xüsusilə yatmazdan əvvəl spirtli içkilərdən uzaq uzaq durmaq
həkim tövsiyyəsi olmadan yuxu həblərindən istifadə etməmək
Əgər şəxsin yuxu apnesinin simptomları şiddətlidirsə, həkim davamli müsbət hava yolu təyziqini(CPAP) tövsiyyə edə bilər. Bu, cihaza birləşdirilmiş maskadan ibarətdir.
Yuxu apnesi bəzən  ürək xəstəliyi və ya yüksək qan təyziqi kimi başqa ağırlaşmaları da yaradır.
Dehidratasiya(Susuzluq)
Başağrıları susuzluğun əlamətidir. Bir şəxs susuz yuxuya gedirsə və ya bir gün əvvəl kifayət qədər maye qəbul etməyibsə, bir gecədə yüngül formada susuzluq yarana bilər. Susuzluöun digər simptomları aşağıdakilardır:
quru ağız və ya dodaqlar
sidiyin tünd rəngdə olması
başgicəllənmə və dizness
Müalicə
Gün ərzindı və axşam yetərincə maye qəbul etmək susuzluğun qarşısını ala bilər. Bunun üçün:
hər yeməklə birlikdə maye qəbul etmək
gecələr içmək üçün yataəın yanında su saxlamaq
hər gün oyandıqdan sonra mütləq bir stəkan su içmək
Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazırBağağrısı pozulmaları
Baş ağrısı pozulmalarından miqren və klaster başağrılarını əhatə edən bir qrup vəziyyətdir. Səhər tezdən miqren epizodlarının baş verməsi üçün ən çox rast gəlinən vaxtdır.
Bir şıxs arabir orta və ya şiddətli başağrısı, həmçinin ürəkbulanma və ya işığa həssaslıqla oyanırsa , miqren epizodu ola bilər.
Müalicə
Əgər miqren tutmalarının tezliyi və şiddəti çoxdursa və ya sizin günlük fəaliyyətinizə narahatliqlar yaradırsa , mütləq profilaktik müalicə məqsədilə həkimə müraciət olunmalıdır. Miqrenin ağrısının qarşısını almaq üçün isə bir qrup dərmanlardan istifadə edilir. Məsələn, triftafan qrupundan.
Çox və ya az yatmaq ümumi bir miqren tətikləyicisidir. Fərdlər sağlam yuxu vərdişlərini mənimsəməyə cəhd edə bilərlər, məsələn:
hıftı sonları da daxil olmaqla hər gün eyni vaxtda yatmaq və oyanmaq
yatmazdan əvvəlki saatlarda ekranlardan istifadədən uzaq durmaq( televizor, telefon, kompyuter)
rahat bir yuxu rejimi yaratmaq
yataq otağını sərin saxlamaq
yataq otağından yalniz yuxu və seks üçün istifadə etmək
Susuzlaşma da daxil olmaqla bir çox digər potensial miqren tetikləyiciləri də var. Miqren tetikləyicilərinin müəyyən edilməsi bəzi insanlara atakları azaltmağa kömək edə bilər.
Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazırMiqrenli insanların bir çoxunda əlavə dəstəyə ehticacı olan yuxu pozulmaları da ola bilər.
Brukizm (diş qıcırtma)
Burukizm bir insanın yuxuda və ya oyaqkən dişlərini sıxmasına səbəb ola bilən gərginliklə əlaqəli bir xəstəlikdir. Özləri bunu etdiklərinin fərqina varmaya bilərlər.
Yuxu brukizmi yuxu ilə əlaqəli hərəkət pozulmalarının spesifik növüdür. Bu zaman şəxs gecə boyunca dişlərini sıxır və səhər oyandıqda başağrı ilə oyanır.
Brukizmi olan birində diş qıcırtma ilə yanaşı:
izah oluna bilməyən yasti və ya qırıq dişlər
çənə və ya üzündə həssaslıq və ya ağrı
çənə əzələlərinin yorğunluğu
çənələrini maksimum açıb-bağlamaqda çətinlik
izah olunmayan qulaq ağrısı
dişdə həssaslıq və ya ağrı
yanaqlarının daxili hissəsində səbəbsiz zədələnmələr
yuxunun keyfiyyətli və dinləndirici olmaması
Müalicə
Brukizm üçün müalicə seçimlərinə aşağıdakılar aiddir:
gece ağız qoruyucudan istifadə
narahatlıq və stressə qarşı müalicə
yuxu vərdişlərinin yaxşılaşdırılması
tütün, alkoqol və narkotik istifadəsində çəkinmək
Brukizm üçün botulotoksin müalicəsi  effektli sayılır.
Əgər brukizm nevroloji vəziyyətdən qaynaqlanırsa, buna uygun müalicə aparılmalıdır.
Alkoqol və narkotik
Alkoqol qıbulu sonrakı gün başağrısı ilə nəticələ bilər. Asılığı olan bir adamda ürəkbulanma, susuzluq və yorğunluq hissi ola bilər. Onlar həmçinin mədə pozulması, tərləmə, əsəbilik və ya işığa qarşı həssaslıq hiss edə bilərlər.
Bəzi dərmanlar da səhər başağrılarına səbəb ola bilər.Məsələn, bir şəxs ibuprofen kimi reseptsiz ağrıkəsicilərdən həddən artıq istifadə edərsə, o zaman çoxlu dərman qəbulundan asılı başağrısına səbəb ola bilər.
Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazırMüalicə
Səhər başağrıları spirt qəbulu ilə əlaqəlidirsə, asetominofen kimi ağrıkəsicilərdən istifadə edilə bilər.
Dərmanla əlaqəli ola biləcək baş ağrıları üçün  fərdlərin bu simptomun yan təsiri olub-olmaması barədə həkimlə əlaqə saxlamaq çox vacibdir. Bu zaman dərman dəyişikliyi və ya dozada dəyişiklik edilə bilər.
Depresiya və narahatlıq
Həm depresiya, həm də narahatlıq bir insanın başağrıları da daxil olmaqla yaşam keyfiyyətini poza bilər. Həmçinin yuxu pozulmalarına səbəb ola bilər ki, bu da səhər saatlarında başağrılarını artıra bilər.
Depresiya başağrısındana əavə olaraq aşağıdakı əlamətləri də yarada bilər:
davamlı boşluq, uyuşma və ya kədər hissi
yorğunluq
çox və ya az yatmaq
çox və ya az yemək
qəbizlik və ya ishal
cinsi həvəsin azalması
Narahatlığa səbəb ola bilər:
tez-tez həyecan
tez-tez narahatlıq
ürəkdöyünmə və ya təngnəfəslik
gərginlik
tərləmə
Müalicə
Yüngül depresiya və ya narahatlığın müalicəsi davranış terapiyasıyla müalicəyə tabe olur. Orta və ağır depresiyalarda isə antidepressantlardan istifadə edilir. Bununla yanaşı qeyd edilməlidir ki, antidepressantlar özləri də yuxusuzluq, başağrısı və narahatlığa səbəb ola bilər. Bu yan təsirlər adətən bir neçə həftə ərzində yox olur.
Əgər səhərlər başağrısı ilə oyanırsızsa... - Həkim yazırDigər səbəblər
Bəzi xəstəliklər ikincili başağrılarına səbəb ola bilər. Bu səbəblərə aşağıdakıları göstərmək olar:
Beyin şişi
kəllə- beyin travmaları
yüksək qan təyziqi
insult
sinus tromboz
Nə vaxt həkimə müraciət olunmalıdır?
Səhər başağrıları bəzi həyat dəyişikliyi ilə keçə bilər. Əgər keçməzsə həkimə müraciət etmək daha yaxşıdır. Xüsusilə yaş 50-dən çoxdursa, uşaqdırsa və xərçəng kimi xəstəlik də varsa xüsusilə vacibdir.
Aşağıdakılardan hər hansı biri baş verərsə, dərhal həkimə müraciət edin:
boyun sərtliyi, temperatur, urıkbulanma və ya qusma ilə birlikdə olan başağrıları
baş travmasından sonrakı başağrısı, hətta zədədən dərhal sonra başlamasa da
ikigörmə, ətraflarda zəiflik və ya şüurunun pisləşməsi ilə olan başağrılarında
uyuşma,üzün əyilməsi, gücsüzlüklə birlikdə olan başağrısı
qıcoıma və ya tənəffüs çatışmazlığıilə olan başağrısı.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1192   Tarix: 06 may 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik qadin dunyasi geyim dəbləri kəpək baş ağrısı uşaqlara yemək hazırlama yeni dogulmus korpeye lazim olan esyalar kosmetika balıq faydalı məsləhətlər hakiwda dolca hakışta