Əgər sizdə bu əlamətlər varsa demək şəkərsiz... MÜTLƏQ OXUYUN

Əgər sizdə bu əlamətlər varsa demək şəkərsiz... MÜTLƏQ OXUYUNŞəkərli diabetin ilk əlamətləri

Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün, okulist göz dibini müayinə edərkən diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir.
Publika.az bildirir ki, diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:
1. Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq;
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq, çəkinin sürətlə azalması;
3. qanda şəkərin yüksək olması;
4. zəiflik və yorğunluq hissi;
5. görmənin aydın olmaması;
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi;
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi;
8. ayaqlarda ağırlıq hissi;
9. başgicəllənmə;
10. infeksion xəstəliklərin gec sağalması;
11. yaraların gec sağalması;
12. bədənin hərarətinin aşağı düşməsi;
13. görmənin pozulması;
14. tez yorulma;
15. baldır əzələlərinin qıc olması;
Diabetli xəstələri bir neçə praktiki məsləhətlət:
Diabetdən şübhələnirsinizsə, nəslinizdə diabet xəstələri varsa və ya olmuşsa, qan şəkərinizi yoxlatdırın və ya "chek-up" müayinələrdən keçin.
Diabet diaqnozu təsdiq olunmuşdursa, təklif edilən müalicə üsullarını (dərman və ya insulin) və dietanı dəqiq bir şəkildə tətbiq edin.
Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin.
Nizamlı şəkildə qandakı şəkərinizi yoxlayın və qeyd edin.
Altı ay fasilə ilə kardioloq müayinəsində olun.
Ən geci ildə bir dəfə gözünüzü müayinə etdirin.
Fiziki fəallığı unutmayın.
Əgər nəfəsalmanızda problem varsa, öskürürsünüzsə, mütləq döş qəfəsinin rentgen müayinəsi olunun, çünki kontrolsuz diabet ağciyər vərəminin inkişafına səbəb olur. Peyvənd edilməsinə əks-göstəriş yoxdursa, hər il qış aylarında qrip peyvəndi olunun.
"Türkəçarə" müalicələr (fitoterapiya və s.) və ya müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçün, qeydlərinizi həkiminizə göstərin.
Müntəzəm şəkildə diş həkiminə gedərək, müayinə olunun. Xüsusilə, diş ətlərində iltihab olan şəkər xəstələri çox diqqətli olmalıdırlar.
Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ilıq sabunlu su ilə ayağı yuyun və sonra qurulayın. Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin, pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza krem çəkin, sıyrıntı, yara, çat görsəniz, dərhal həkimə müraciət edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə, tam həllolunan məsələdir.
Şəkərli diabetin müalicəsi yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağırlaşmaları şüurlu surətdə anlayaraq, yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.
deyerler.org

Mətbəx     Baxılıb: 11600   Tarix: 01 noyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

turlar.az

geyim seçimi donlar 2026 gelinlikler sperma ariqlamaq ucun yasil cay xınayaxdı sözləri testosteron nədir kosmetika novruz bayrami hakisda ana haqqinda bayati baliq burcu əfsanələr vətənə aid atalar sözləri