Əhalinin DİQQƏTİNƏ! Bundan sonra ÖDƏNİŞLİ OLACAQ
Azərbaycanda bir sıra dövlət xəstəxanaları pullu əsaslarla xidmət göstərəcək.
Xanim.az xezerxeber.az-a istinadən bildirir ki, Nazirlər Kabineti tərəfindən pullu xidmətlərin siyahısı təsdiqlənəcək və onlara görə dəqiq qiymət müəyyənləşdiriləcək.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaxın gələcəkdə rayon mərkəzi xəstəxanaları, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, Respublika Talassemiya Mərkəzi və bir neçə poliklinikaya publik hüquqi şəxs statusu veriləcək.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu yolla dövlət büdcəsinin xərclərini azaltmaqla yanaşı, rəqabət hesabına xəstəxanalarda göstərilən xidmətin də keyfiyyətini artırmaq mümkün olacaq.
Amma Nazirlər Kabineti tərəfindən xidmət haqları müəyyənləşdirilərkən bəzi şəxslərə güzəştlərin edilməsi də nəzərdə tutulacaq.
Belə olduqda isə xəstəxana rəhbərliyi rəqabətə tab gətirmək üçün müştərilərə daha yaxşı xidmət göstərmək istəyəcək və daha peşəkar həkimlərlə işləmək üçün tibb işçilərinin əmək haqlarına artım edəcək.
Hansı tarixdən etibarən xəstəxanalara publik hüquqi şəxs statusunun veriləcəyi isə dəqiq bilinmir.









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin