ƏHALİYƏ BƏD XƏBƏR! Daha bir BAHALAŞMA - Bunlarında qiyməti...
Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2 manatı keçdi. Yeni məzənnə - 1 avro = 2,0122 manatdır.
Xanim.az xəbər verir ki, iqtisadçı-ekseprt Natiq Cəfərlinin sözlərinə görə, əslində dünyada avronun bahalaşması deyil, dolların ucuzlaşması baş verir:
"Yəni, avrozonanın problemləri yerindəcə qalıb: "Brexit", Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. - bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur. Dolların ucuzlaşması isə ABŞ-da siyasi səhnədə olan qeyri-müəyyənliklə bağlıdır. Artıq ciddi müzakirələr gedir ki, Tramp yaxın aylarda istefa verə bilər, bu qeyri-müəyyənlik dollara mənfi təsir edir".
Ekspertin fikrincə, bu prosesin ölkəmizə bu proseslərin bizə 2 təsiri var:
1) Neft son vaxtlarda 52 dollara qədər bahalaşdı, amma bu da daha çox dolların ucuzlaşması ilə bağlıdır, dollar indeksi 100 punktan yuxarı olanda neft 54 dollar idi, indi indeks 91-92 punkta düşüb, neft isə 52 dollardır, yəni, əslində neft ucuzlaşıb.
2) Avrozonadan bizə gələn mallar 15% civarında bahalaşacaq, əsasən dərmanlarda, avtomobillərdə, onların ehtiyat hissələrində və bəzi ərzaq məhsullarında bahalaşma olacaq: "Avro yaxın həftələrdə bahaşmaqda davam edə bilər, amma bu, uzun çəkməyəcək, sentyabrda növbəti FED toplantısında alınacaq qərarlar dolların yenidən güclənməsinə səbəb olacaq".
Cebhe.info









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin