Ehtiraslı qadın

Ehtiraslı qadınNecə edim ki oğlanların xoşuna gəlim? Oğlanların gözləri isə daim axtarır.Kimi? Əlbəttə, gözəl və ehtiraslı xanımı.
Ehtiraslı və seksual qadının " baza"sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür.
Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar.
İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və "can alan" xanıma çevrilə bilər.
Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə , lakin diqqətlə baxın:
Ehtiraslı qadının bədəni

İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir.
Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi səxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual fantaziyalar qururlar.

Seksual qadının fiqurası

Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil. Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN....Həddən artıq köklük, ağırlıq, bir sözlə, "yekəpərlik" heç vaxt cazibə şərti sayılmır.Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla "bacarmamaq" qorxusu onların beyninə həkk olunub. Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçüçn əl-ayağa düşməyin.Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir,əsas belin incəliyidir.Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin "dəlisidirlər"

Seksual qadının saçları

Saç qadını uzaqdan,arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir.Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin.Ən gözəl saç ,təmiz yuyulmuş,səliqəli daranmış yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır.Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir.

Ehtiraslı qadının yerişi

"kişi yerişli", "qaçaraq" yerişli xanımlar .....hara tələsirsiniz?Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz.Ehtiraslı qadının yerişinin əlamətləri---yüngül, "qu kimi",ayaqlar bərabər məsafədə atılır,qarın bir qədər içəri dartılmış,baş düz,çənə sinənin bərabərində olmalı,gözlər düz baxmalı,əllər yanınca yellənməməli.....Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi.İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq.

Ehtiraslı qadının baxışları

Anadangəlmə seksual və mənalı baxışı çox az adam qazanır.Dünyanın bütün modelləri,Merilin Monro uzunmüddətli,təcrübə və məşqin sayəsində "can alan" baxışlara sahib olublar.Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın.yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr,sözlər canlandırın.Həmin an baxışınızın necə dəyişdiyini izləyin.sizin xoşunuza gələn baxışda dayanıb,seçin və həmin baxışı "məşq"etdirin.Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözlərin danışsın.

Seksual gülüş

Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz. Gülərkən,danışarkən dişlərinizin 32-sini,ağzınızın içini göstərməyin .Bu kişini qorxuda bilər.Ciddi,bir-birinə yüngülcə toxunan dodaqlar,incə gülüş,mütləü və mütləü təmiz dişlər....Araşdırmalara görə,ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə,dodaqlarına,dişlərinə baxır.dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq,ya da əbadi uazqlaşdıracaq.Çox qırmızı vəya tünd rəngli dodaq bouasını görüş zamanı çəkməyin.Ümumiyyətlə,kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır.

Bədənin seksual ətri

Çox vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir.Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur. Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz. Bədənlərinin bir-nbirinə xoş və "oyadıcı" təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişiləri qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə... Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarını, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin. Kişiləri bilmək olmaz. Hərdən onların "yoxlama" əməliyyatları olur. Buna hazır olun.

Ailə və Uşaq     Baxılıb: 5651   Tarix: 04 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

turlar.az

gelinlikler kosmetoloq donlar 2026 qırmızı xalça salatlarin bezenmesi saç həkimi 2026 yay donlari kosmetika salam google vətənə aid atalar sözləri maraqli hakistalar haxista