Ekspert: "Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir"

Ekspert: "Azərbaycanın koronavirusla mübarizədə atdığı addımlar müsbət nəticə verir"Koronavirusun yayılması ilə əlaqədar Azərbaycanda, xüsusən də sosial şəbəkələrdə müəyyən narahatlıq süni şəkildə yaradılıb və öz bizneslərində mənfəət artırmağa çalışan bəzi sahibkarlar, eləcə də təxribatçılar tərəfindən dəstəklənir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə "Revival Institute for Future" təşkilatının direktoru, infeksiyaçı Vadim Aristov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun yayılması məsələsi fəal müzakirə olunur:
"Ölkədə yeni, əvvəllər məlum olmayan infeksiyaya yoluxma hallar baş verəndə insanlar təhlükə, qeyri-müəyyənlik və inamsızlıq hiss edir. Onlar KİV-ləri oxuyur və öz davranışlarını daha yaxşı şəkildə dəyişməyə çalışır. Bu informasiya aclığını hökumətin və biznesin adekvat tədbirlərini nümayiş etdirməklə doyurmaq olar. Başqa sözlə, bu cür narahatlıq "mənfəət" və "insan həyatı və sağlamlığı" dəyərlərinin mübarizəsidir. Bu narahatlıq sayəsində cəmiyyət daha ehtiyatlı olur. Belə hallarda insanlara başa salmaq lazımdır ki, bu tək bir nəfərin problemi deyil, bir neçə sistemin - milli təhlükəsizlik sisteminin, səhiyyə sisteminin, korporativ təhlükəsizlik sisteminin problemidir".
V.Aristov qeyd edib ki, Azərbaycan bir çox ölkənin etdiyi səhvləri təkrarlamayıb:
"Azərbaycan hökuməti yeni infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri və təcili preventiv tədbirləri görüb. Operativ tədbirlər sayəsində koronavirusun yayılmasının qarşısını almaq mümkün olub. Bir çox ölkələrdə isə bu problemlə bağlı vacib qərarları tibb təhsili olmayan dövlət xadimləri qəbul edir. Əksər hallarda bu, humanitar və ya texniki təhsilə malik şəxslərdir. Beləliklə də, həkimlər və alimlər söz sahibi olmur. Buradan da səriştəsiz dövlət qərarları üzə çıxır".
Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən bu günədək atılan addımlar müsbət nəticə verir:
"Bu gün regionda ən az yoluxma sayı məhz Azərbaycandadır. Bu da yaxşı göstəricidir. Amma bununla kifayətlənmək olmaz. Epidemiyaya müqavimət göstərməyin bir çox elementləri mövcuddur ki, onları diqqət mərkəzində saxlamaq lazımdır. İlk növbədə, bütün hökumətlər qadağa tədbirləri qəbul edir. Sözsüz ki, bu, çox vacibdir. İnsanlar daha az təmas qurduqca, yoluxma ehtimalları da azalacaq. Başqa sözlə, bəzi ölkələrdə müşahidə olunan yoluxma piki ağıllı qadağa tədbirləri sayəsində daha geniş müddətə yayılacaq və nəticədə tibb müəssisələrinə eyni anda daha az insan müraciət edəcək, beləliklə də tibb işçiləri lazımi tibbi xidmətləri daha rahat göstərə biləcək. İndi ən əsası testlər üzrə milli infrastruktur yaratmaqdır ki, infeksiyanın toxunduğu ölkələrin hökumətləri düzgün adekvat addımlar ata bilsin".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1829   Tarix: 17 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yemek reseptleri qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq monika belluççi qonaq otaqi dizayni ləkələr kosmetika yumurta həsən bəy zərdabi veten seirleri burcler nagillar