Ekspertlərdən DELTA xəbərdarlığı - Peyvənd olunanların da burnunda çoxalır

Ekspertlərdən DELTA xəbərdarlığı - Peyvənd olunanların da burnunda çoxalırLa Jolla İmmunologiya İnstitutunun alimi Şeyn Krotti "Reuters"ə verdiyi açıqlamada bildirib ki, "delta" variantı sürətlə yoluxdurmağa davam edir. O qeyd edib ki, bu varianta yoluxmuş insanlar burunlarında əvvəlki versiyalara yoluxmuşlardan 1200 dəfə çox virus daşıyır. Peyvənd olunanlarda bu nisbət azalır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkim ilk dəfə 2020-ci ilin dekabrında Hindistanda ortaya çıxan və qısa müddət ərzində bütün dünyada dominant virusa çevrilən "delta" variantının həm daha sürətli yayıldığını, həm də xəstəliyin daha ağır keçməsinə səbəb olduğunu xatırladıb.
Məqalədə bildirilib ki, alimlər hazırda "delta" variantının təkamülünü yaxından izləyir: "Hazırda istifadə edilən peyvəndlər ölümün qarşısını alsa da, xəstəliyin yayılmasının qarşısını ala bilmir. Virus hələ də burunda çoxalmaqda davam edir, hətta peyvənd olunmuş insanlar da xırda hava damcıları vasitəsilə xəstəliyi ötürə bilirlər".
Mayo Klinikasının peyvəndin inkişafı üzrə mütəxəssisi Qriqori Polandın "Reuters"ə verdiyi məlumata görə, koronavirusu tamamilə məhv etmək üçün xəstəliyin ötürülməsinin qarşısını alan peyvənd hazırlamaq lazımdır: "O vaxta qədər dünya virusa qarşı həssas olacaq".
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, "delta" variantı əvvəlki versiyalarla müqayisədə 2 və ya 3 gün ərzində simptomlar yaradır, ona görə də orqanizmin xəstəliklə mübarizəyə daha az vaxtı olur.
Ümumdünya Səhiyyə Təşkilatı isə qeyd edib ki, xəstələrin 99,5 faizi "delta" variantına yoluxub, "qamma", "lambda" və "mu" variantları da yaxından izlənilir.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2019   Tarix: 16 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

həkim məsləhəti aksessuarlar sac duzumleri evim interyer üz maskaları dil haqqinda atalar sozleri geyim necə seçməli kosmetika veten novruz hakısdası novruz hakista mekteb oglaq