Əllərə qulluq üçün maskalr
Əlləriniz həmişə yaşınızdan xəbər verir. Buna görə də onların qorunmasına daha çox diqqət yetirməlisiniz.
Qış aylarında əllərin dərisi soyuqdan əziyyət çəkir. Əllərinizin gözəlləyini və cavan qalmasını saxlamaq üçün onlara ev şəraitində hazırlanmış maskalar çəkin.
Bal maskası - əllərin dərisini nəmləndirir, onlara elastiklik və yumşaqlıq verir. 15 qr balı, 25 qr zeytun və ya badam yağı, 1 yumurta sarısı və 1-2 damcı limon şirəsi ilə qarışdırın. Əllərinizə çəkin, pambıq əlcəklər geyinin, səhər isə isti su ilə yuyun.
Quru dəri ilə qliserin əla mübarizə aparır. Yuxudan əvvəl əlləri qliserinlə masaj edin, onu bərabər formada əllərə çəkin.
Əllərin cavanlığını qaytarmağa yumurta maskası kömək edəcək. 1 xörək qaşığı bal və 1 xörək qaşığı unu 1 yumurtanın sarısı ilə qarışdırın. Maskanı axşam əlcək geyinərək səhərə qədər saxlayın.
Kartof maskası əlləri yumşaldır və ağardır. Bunun üçün 1 kartofu doğrayıb, əzin, 2 xörək qaşığı isti süd əlavə edin. Bərabər qaydada əllərə sürtüb 2 saat saxlayın.
Kiçik çatları bərpa etmək və əlləri yumşaltmaq üçün ağ çörək maskası kömək edəcək. Yarım stəkan süddə 2 hissə ağ cörəyi isladın, qarışdırıb əllərinizə çəkin. 15-20 dəqiqə saxlayıb, yuyun.
Yadda saxlamaq lazımdır ki, istənilən maskanın tətbiqindən sonra əllərə qidalandırıcı krem çəkməlisiniz.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq