Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır.
Milli.Az xəbər verir ki, problem daha çox baş barmağın əsasında, barmaqların orta hissəsində və uclarına yaxın oynaqlarda müşahidə olunur. Əsas əlamətlərə ağrı, hərəkət məhdudiyyəti, şişkinlik, oynaqlarda xırıltı hissi və barmaqlarda sümük düyünlərinin əmələ gəlməsi daxildir.
Risk qrupuna 50 yaşdan yuxarı şəxslər, artıq çəkisi olanlar, əllərini uzun müddət və təkrarlanan hərəkətlərlə işlədənlər, həmçinin əvvəllər əl travması keçirmiş insanlar daxildir.
Mütəxəssislər iltihabəleyhinə qidalanma, əl məşqləri, isti və ya soyuq kompreslərdən istifadə və oynaqlara düşən yükün azaldılmasını tövsiyə edirlər. Ağrı şiddətlənərsə, oynaqda qızartı, istilik və ya deformasiya yaranarsa, həkimə müraciət etmək vacibdir./Medicina.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin