Elza Seyidcahandan ŞOK ETİRAF: "Kaş o uşağı dünyaya gətirərdim"

Elza Seyidcahandan ŞOK ETİRAF: "Kaş o uşağı dünyaya gətirərdim""Son zamanlar sosial, maddi problemlərə görə cütlüklər birdən çox uşaq dünyaya gətirmirlər, deyirlər saxlamaq olmur. Amma hər uşağın öz qisməti, ruzisi, alın yazısı var. Bəlkə də ana bətnində tələf olan uşaq Azərbaycanın hansısa dahi şəxsiyyətidir. Bəlkə də analar özləri də bilmədən Üzeyir Hacıbəyli, Bethoven, Eynşteyn kimi dahiləri tələf edirlər. Fikir vermisinizsə, ailədə mübahisə ilə, istənilmədən dünyaya gələn uşaqlar digərlərindən fərqlənir, qeyri-adi olurlar. İstənilməyən uşaq ağlı, ruzisi, parlaq gələcəyi ilə fərqlənir. Bəzən bütün ailənin qayğıları onların çiynində olur".

Xanim.az bildirir ki, bunu ailem.az-a açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Abortlara kəskin etirazını bildirən sənətçi bunu körpələrin diri-diri öldürülməsi kimi qiymətləndirir.

Əməkdar artist uşaqları insanlara verilən hədiyyə kimi dəyərləndirir. Bu hədiyyədən imtina etməksə cinayətdir. Müğənni abortun istisna halları olduğunu da bildirir: "Elə insan var ona 7 ildən bir uşaq qismət olur, eləsi də var ki, Söylü demiş, ildə ikisini doğur. Bir halda abort etdirmək olar - əgər xanım və ya uşağın hər hansı problemi olarsa. Ata və ya ana uşaq istəmirsə, müasir dövrdə bunun qarşısını almağın müxtəlif yolları var, qorunmaq lazımdır. Ancaq mən uşaqların qeyri-qanuni dünyaya gəlməsinin əleyhinəyəm. Uşaqlar atalı-analı dünyaya gəlməlidirlər ki, sağlam və tərbiyəli böyüsünlər".

E. Seyidcahan ətrafında olan insanlar arasında da daim abort əleyhinə çıxışlar etdiyini də gizlətmədi. Müğənni bətnindəki körpəni tələf etdirmək istəyən gənc bir ananı fikrindən döndərib: "İki il əvvəl parlament seçkiləri ərəfəsində Siyəzən şəhərində idim. Yeni ailə quran gənc xanım həyat yoldaşını avtomobil qəzasında itirmişdi. Qadın da hamilə imiş. Onların evinə getdim, başsağlığı verdim. Bildim ki, gəlin uşağı tələf etdirmək qərarına gəlib. Onu kənara çəkdim, başa saldım ki, uşağı tələf edərsə, Allaha ağır gedər və ona bir də heç vaxt övlad verməz. Dedim bu uşaq həyat yoldaşının yadigarıdır. O da cavab verdi ki, həyat yoldaşını çox sevir və uşaq dünyaya gəldikdən sonra ona baxaraq ərini xatırlamaq istəmir. Dedim ki, uşaq artıq sənin bətnindədir, atasızdır, əksinə, sən onun qayğısına qalmalısan. Sonradan eşitdim ki, uşağı saxlayıb və dünyaya gətirib".

Əməkdar artist özü də bir uşağından sağlamlığına görə imtina etdiyini gizlətmədi. Müğənni hələ də bu addımına görə təəssüfləndiyini və peşman olduğunu etiraf etdi: "Yeni ailə qurmuşdum. Oğlum 6 aylıq idi, ikinci uşaq bətnimə düşdü. Mən də hamiləliyi çox pis keçirirəm, o dünyanı görüb gəlirəm. Mən hamilə olanda 9 ay dünyadan xaric oluram, nə yerdə oluram, nə göydə. Hamilə xanımların makiyaj etdiyini, yeyib-içdiyini, danışıb-güldüyünü görəndə onlara həsəd aparıram, deyirəm siz xoşbəxtsiniz. Mənsə qan qusurdum. Belə çətinliklə iki uşağı ardıcıl dünyaya gətirə bilməzdim. Qayınanam da qorxdu ki, birdən ölərəm. Ailədə məsləhət etdik, sağlamlığım üçün o uşaqdan imtina etməli oldum. İndiyədək tələf etdirdiyim uşaq barədə düşünürəm. Hər dəfə yadıma düşəndə ürəyim ağrıyır. Deyirəm kaş o uşağı dünyaya gətirərdim, indi böyük qız idi".

E. Seyidcahan hər zaman çoxuşaqlı ailə olmağı arzuladığını və artıq bu arzusuna çatdığını deyir: "Hər zaman 2 oğlan, 2 qız övladı arzulamışam. İndi oğlumun arvadı qızım, qızın əri də oğlumdur. Xarici ölkələrdə birinci yerdə uşaqlar, ikinci qocalar, üçüncü heyvanlar, dördüncü qadınlar, beşinci velosiped, altıncı kişilərdir. Ona görə yox ki, kişilər pis mənada axırıncı yerdədir. Əksinə, kişilər ən güclü məxluqlardır, onlar hər kəsi qorumaq əzmindədir. Uşaqlar bərəkət, davamiyyət, inkişaf, həyat deməkdir. Qadınlar uşaqları dünyaya gətirməlidirlər. İnsan var, övlad olmur. Bəzən onların həyatını araşdıranda məlum olur ki, ilk uşaqlarını abort etdiriblər. Abort qadın orqanizmi üçün olduqca zərərdir. Bunu bütün qadınlar bilməlidir".

Xəbərlər     Baxılıb: 1871   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetoloq donlar 2026 makiyaj etmek qaydalari azərbaycan haqda qız bürcü doğuş sonrası seks yay donlari 2026 kosmetika ariqla novruz haqistalari bayatilar orqazm qz eviyçun hakışta