Əməkdar artist Elzadan ŞOK SÖZLƏR "Cəbhədə əsgərlərimiz ..."
"Biabırçı bir hərəkətdir... Xarici ölkələrdə tez-tez oluruq. Orada heyvanlara necə dəyər verirlər. Azərbaycanda iki gəncin bir iti maşına bağlayıb sürüməsi ayıbdır".
Sonxeber.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
Sosial şəbəkədə iki gənc oğlanın itin boynuna zəncir bağlayaraq, maşının arxasıyla sürüyən videosu yayılıb.
E.Seyidcahan bildirib ki, bu oğlanlara ən ağır cəza verilməlidir:
"Deyirlər axirət var. Biz indi bu cür şeyləri görərək, axirəti yaşayırıq. O iki gəncə bir qadının yaxınlaşıb nəsə deməyi, irad bildirməsi düz deyildi. Onların özlərinin düşüncəsi olmalıydı. Onlar Allah qarşısında cavab verəcəklər. Hələ bir eynəyi də taxıblar gözlərinə... Bu bizim xalqımıza yaraşmayan hərəkətdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva heyvanlara qayğı göstərir, onlar üçün sığınacaqlar düzəltdirir. Biz özümüz sahibsiz heyvanlara qayğı göstərməliyik. İstəyərdim ki, heyvanların hərəsini bir ailə götürüb saxlasın...
Heyvan heyvanlığı ilə öz yiyəsini tanıyır, ona sadiq olur. Bir canlı ki, bizə xidmət edir, onu necə belə sürümək olar?
O gənclər fikirləşir ki, it sürünməli, döyülməlidir. Ay insanlar, itlər bizi qoruyurlar. Cəbhədə əsgərlərimizin yanında bu dil-ağzı olmayan itlər dayanır. Onları necə incidirsiniz?".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin