Əməkdar artistin oğlu atasının dostlarına səsləndi: "Əl tutsunlar, kömək əllərini uzatsınlar..."
Mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun anım günü ilə bağlı nəzərdə tutulan tədbir təxirə salınıb.
Xanim.az bildirir ki, bunu Aznews.az-a mərhumun oğlu Rəşid Kazımov bildirib. O, bunun səbəbini Bakıda olmaması ilə əlaqələndirib:
"Tələbəyəm, bir neçə imtahanım var. Ona görə atamın ad gününü təxirə saldım. İmtahanlardan sonra Bakıya gələcəm, böyüklərimlə məsləhətləşəcəm. Əgər lazım bilsələr atamın ad günü ilə əlaqədar nəzərdə tutulan tədbiri keçirəcəm. Çünki atam öləndən sonra biz hər il onun ad günün qeyd etmişik."
Rəşid Kazımov qeyd edib ki, Məhəbbət Kazımov həmişə dostları tərəfindən yad edilir: "4 ildir ki, atam həyatda yoxdur. Yaxın dostları həmişə onun qəbrini ziyarət edir. Sağ olsunlar, atamın dostları çoxdur, amma tələbəyəm deyə gəlsinlər əl tutsunlar, kömək əllərini uzatsınlar və s. belə şeyi mən heç vaxt qəbul etmərəm. Heç kimə ehtiyacım yoxdur."
Uyulun 2-si Əməkdar artist Məhəbbət Kazımovun ad günüdür. 64 yaşlı sənətkar 2014-cü ildə dünyasını dəyişib.
Hadisə Baxılıb: 748 Tarix: 01 iyul 2017
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir