Əmizdirən ana haqqında 10 yalnış məlumat

Əmizdirən ana haqqında 10 yalnış məlumatPitsburq Universiteti (University of Pittsburgh) "Women`s Health Initiative" ictimai təşkilatı menapauza (aybaşının dayanması) dövründə qadınların sağlamlığınınvəziyyətini araşdırmaq məqsədilə139 min qadının xəstəlik tarixi ilə tanışolaraq, belə bir qənaətə gəlib ki,əmizdirmənin müddəti qadının sağlamlığıilə birbaşa əlaqədardır.
Beləki, 1 ildən artıq müddətdə əmizdirən qadınlarda diabet xəstəliyinin meydanaçıxma ehtimalı 20 %-ə, hipertoniyaehtimalı 12 %-ə, qanda xolesterininmiqdarının artma ehtimalı 19 %-ə, insult riski isə 9 %-ə düşüb.
Dünya həkimləri bu qənaətə gəliblər ki, ana südü körpə üçün ən sağlam qida olmaqla yanaşı, hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklərin doğuşdan sonra tez bir zamanda bərpa olunmasının ən faydalı yoludur.
ƏMİZDİRMƏ PROSESİ
Uşaqlığın qısa zamanda normal ölçüyə qayıtmasına;
Döş və yumurtalıq xərçəngi riskinin azalmasına;
Gün ərzində 500 -1500 kalorinin itirilməsinə;
Yaşlı dövrdə güclü sümüklərə, sidik yolları infeksiyasının profilaktikasına səbəb olur və bir çox analara təbii kontrasepsiya kimi yardım edə bilir.
Təəssüflər olsun ki, nəinki Azərbaycanda hətta bütün dünyada əmizdirən ana haqqında heç bir kliniki və ya laboratoriya araşdırmasına əsaslanmayan, bir sıra yanlış məlumatlar mövcuddur. Bu sayımızdakı məqaləmiz məhz bu yanlış məlumatlardan ən geniş yayılanlarına həsr olunub.
1. DÖŞLƏR HAQQINDA YANLIŞ MƏLUMAT
"Hər ananın döşləri süd istehsal edə bilmir" anlayışı cəmiyyətimizdə geniş yayılıb. "Childbirth İnternational" Təlim Təşkilatının materiallarına görə, bunu döşlərində patologiya olan analara şamil etmək olar, lakin ümumilikdə qadınların hamısı kifayət qədər süd istehsal etmək imkanına malikdir.
Əsas problem körpənin yanlış əmizdirilməsindən irəli gəlir. Körpə həmin süd ehtiyatlarını səhv əmmə və ya qidalanarkən döşdə az vaxt keçirdiyinə görə əldə edə bilmir. Hətta hamiləlik vaxtı döşlərində heç bir dəyişiklik olmayan ananın süd vermək imkanlarına heç bir şübhə olmamalıdır. Həmçinin kiçik döş ölçülərinə malik olan ananın süd istehsal etmək qabiliyyəti qətiyyən məhdud deyil.
Döşün ölçüsünün südün miqdarına təsiri yoxdur. Qeyd etmək lazımdır ki, düzgün əmizdirmə tamamilə ağrısız olub, anaya heç bir narahatlıq yaratmamalıdır. Əgər bu proses sizin üçün ağrılıdırsa, mütləq əmizdirmə üzrə məsləhətçiyə müraciət edin, çox güman ki, körpəniz döşünüzü düzgün formada əmmir. Bu narahatlığı aradan qaldırmaq üçün körpənin döşdə vaxtını məhdudlaşdırmaq heç bir müsbət nəticə verməyəcəkdir. Əmizdirmənin qadının döş formasını korlaması haqqında fikir bir çox qadınların narahatlığına səbəb olur və hətta onları əmizdirmədən çəkinməyə vadar edir.
Döşlərin formasının korlanması hamiləlikdə ifraz olunan hormon və ya yaşlanma ilə əlaqədardır. Döşlərinizin sağlamlığını qorumaq istəyirsinizsə əksinə, əmizdirin. Çünki əmizdirən analarda döş xərçənginin meydana çıxması riski digərlərindın dəfələrlə azdır. Bu faktı "American
Association for Cancer Research" və Dr. Geske Ursin təsdiq edir. Yel Universiteti mütəxəssisləri isə iki ilə yaxın körpəsini əmizdirən ananın döş xərçəngi riskinin 50 %-ə qədər azaldığını qeyd edirlər. Döşlərinizin formasını qorumaq istəyirsinizsə, gündəlik həyatınızda idmanı hərərkətlərinə yer ayırmalısınız.
ƏMİZDİRMƏNİN ANANIN DÖŞ FORMASINI KORLAMASI FİKRİ YANLIŞDIR!
2. GİLƏLƏR HAQQINDA YANLIŞ MƏLUMAT
"Gilələri yastı və çevrilmiş olan ana əmizdirə bilməz" fikrinə aydınlıqgətirmək yerinə düşərdi. Mütəxəssislərqeyd edirlər ki, istənilən növgiləsi olan ana əmizdirməyə qadirdir.Yastı giləsi olan ana əmizdirməyə başlayandansonra gilələrinin formasıdəyişir. Əmizdirmə çevrilmiş, yəni birqədər içəriyə doğru batıq olan gilələrində normallaşmasına səbəb olur.Həmçinin belə problemlərlə üzləşənanalar silikon gilə vasitələrindən istifadəedə bilərlər.
Bəzən hamilə qadınlara gilələri hamiləlik dövründə codlaşdırmaq üçün müxtəlif üsulları məsləhət görürlər. Lakin bu məsləhət gələcəkdə gilələrin çatlamasının riskini dəfələrlə artırır. Təsəvvür edin, cod dəri elastik dəriyə nisbətdə daha çox zədələnməyə məruz qala bilər. Elastik dəriyə nail olmaq üçün hamiləlik dövründən etibarən gilələrinizi nəmləndirməyə və qidalandırmağa başlayın. Gilə nahiyəsində sabunun təmasını azaldın. Həmçinin körpə düzgün əmdikdə gilələr çatlamır və bununla əlaqədar heç bir problem yaranmır.
3. MÜALİCƏ HAQQINDA YANLIŞ MƏLUMAT
Ana dərman qəbul etdiyi müddətdə ona əmizdirməməyi məsləhət görürlər. Lakin çox nadir dərmanların qəbulu əmizdirməni dayandırmağı tələb edir və bu dərmanların da alternativi mövcuddur ki, əmizdirən analara uyğundur. Əsasən ananın qəbul etdiyi preparatlar südə çox kiçik kəmiyyətdə daxil olur və heç bir narahatlığa əsas yaratmır. Həmçinin ana əməliyyatdan dərhal
sonra əmizdirə bilər. Xüsusi halları çıxmaq şərtilə, əməliyyat üçün istifadə olunan ağrıkəsici, anesteziya ( ) və ya əməliyyatdan sonra qəbul olunan antibiotiklər körpəni döşdən ayırmağı tələb etmir.
Ümumiyyətlə, həkiminizə mütləq əmizdirən ana olduğunuzu bildirin ki, o, sizə təhlükəsi olmayan alternativ dərmanlar təyin etsin. Bundan əlavə əmizdirmə üzrə məsləhətçi ilə dərmanın tərkibinin sizin üçün nə qədər təhlükəsiz olması barədə məsləhətləşə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, Rentgen vaxtı radioaktiv izotopdan və nukleotidlərdən istifadə olunmayıbsa, narahatlığa əsas yoxdur və əmizdirmə davam etdirilməlidir.
Dünya praktikasında bir sıra mütəxəssislər məhz preparatların ana südünə təsiri haqqında kitablarında geniş məlumat veriblər. T. Hale "Medications and Mothers Milk" (2008) adlı elmi əsərində demək olar ki, mövcud olan bütün növ dərmanları təhlükəsizliyinə görə təsnif edibr. Bundan başqa Briggs, Gerald G."Drugs in pregnancy and lactation"(2005), Weiner, Carl, Buhumschi, Catalin "Drugs for pregnant and lactating women" (2004) adlı kitablarda bu mövzuya geniş yer ayırıblar.
4. HAMİLƏLİK HAQQINDA YANLIŞ MƏLUMAT
Ana əmizdirdiyi dövrdə hamilə qalarsa, əmizdirməni özünün və körpənin istəyindən asılı olaraq, davam etməsi normaldır. Sadəcə olaraq, ananın döşləri daha həssas olmağa başladığından,
digər tərəfdən südün bir qədər azalması müəyyən narahatlıqlar yarada bilər. Hilary Flower "Adventures in Tandem Nursing" (2008) adlı kitabında"The American Academy of Family Physicians", həmçinin WHO ABŞ, Avstraliya, Kanada və İngiltərənin dünya miqyaslı mütəxəssislərinin məlumatlarına əsaslanaraq, sağlam hamiləlikdə əmizdirmənin dölə risk törədəcəyi fikrini təkzib edir.
ANA ƏMİZDİRDİYİ DÖVRDƏ HAMİLƏ QALARSA ƏMİZDİRMƏNİ ÖZÜNÜN VƏ KÖRPƏNİN İSTƏYİNDƏN ASILI OLARAQ, DAVAM ETMƏSİ NORMALDIR!
5. SÜD EHTİYATI HAQQINDA YANLIŞ MƏLUMAT
Əgər ananın döşləri doğuşdan bir müddət sonra boş və yumşaqdırsa, bu heç də südün azalmasından, kəsilməsindən və ya olmamasından xəbər vermir. Əksinə bu proses tamamilə normaldır, belə ki, doğuşdan 7-14 gün sonra bədən körpənin ehtiyaclarına uyğun olan miqdarda süd ifraz eləməyə başlayır və döşdə südün yığılmasına ehtiyac qalmır. Diana West və Lisa Marasco "The breastfeeding mothers guide to making more milk"adlı kitabda döşlərin boş və yumşaq olmasının, döşdə şişkinliyin və südün gəlməsi ilə müşayiət olunan sancıların olmamasının, südün açıq göyümtül və bulanıq rəngdə olmasının tamamilə normal proses kimi qeyd edirlər.
Çox nadir halları çıxsaq, südün birdən-birə kəsilməsi isə ümumiyyətlə mümkün deyil. Əgər südünüzün azalmasından şübhələnirsinizsə, süni qidaya üz tutmağa tələsməyin. Əmizdirmə üzrə məsləhətçi ilə səbəbləri araşdırmağa çalışın. Adətən analar və onların ətrafında olan insanlar düşünür ki, körpəyə nadir hallarda verilən süni qida ananın süd ehtiyatına təsir etmir. Lakin hətta bircə şüşə süni qida ananın əmizdirmə prosesinin müvəffəqiyyətini tam alt-üst edə və süd ehtiyatının azalmasına səbəb ola bilər. Məhz bu səbəbdən süni qida verməmişdən öncə atdığınız addımın ciddiliyi barədə düşünün.
6. İDMAN HAQQINDA YANLIŞ MƏLUMAT
İdman ümumiyyətlə, hər bir ananın həyat tərzinin bir hissəsinə çevrilməlidir. İdmanın sağlamlığa olan müsbət təsiri danılmaz və hamıya məlum bir faktdır. Lakin əmizdirən və hamilə qadınlar nədənsə idmandan yan keçməyə çalışırlar. Bəzi əmizdirən analar idman çalışmalarını etdikdən sonra körpənin döşdə kürlük etməsini müşahidə edə bilərlər.
Bunun səbəbi ananın tərinin bədənə verə biləcəyi xoşagəlməz qoxu və daddan irəli gələ bilər. "NewBeginnings"(2000) jurnalına görə, 34-40 dəqiqəlik idman əmizdirən analara nəinki arıqlamağa, həmçinin enerjinin artmasına, stressin azalmasına, maddələr mübadiləsinin yaxşılaşmasına zəmin yaradır. Lakin peşəkar idmanla məşğul olan analara körpələrinin 9 ayı tamam olandan sonra məşqlərə başlamaq tövsiyə olunur. Yeri gəlmişkən, körpələr ətirlərdən çox istifadə edən ananın döşündən də imtina edə bilərlər. İlk günlərində körpənizin çox həssas olduğunu unutmayın.
7. QULLUQ HAQQINDA YANLIŞ MƏLUMAT
"La Leche League" Beynəlxalq təşkilatı əmizdirmə dövründə saç boyamanın və ya kimyəvi burdurma etmənin tamamilə normal hal olduğunu qeyd edir. Buna qadağa qoyanlar heç bir elmi və praktiki əsasa sahib deyillər. Həmçinin solyariumda qaralmaq həvəsində olan analar bunda özlərinə məhdudiyyət qoymamalıdırlar. Sadəcə çalışın qaralmanın vaxtı qısa olsun və döşlərinizi örtəsiniz.
8. QİDA HAQQINDA YANLIŞ MƏLUMAT
Əgər ana müəyyən ərzaqlara qarşı həssasdırsa, o zaman onlardan imtina etməlidir. Qidasında sağlam vərdişlərə üstünlük verərək normal qidalanmasına davam etməlidir. Körpəniz düzgün əmirsə və müvafiq şəkildə ön və arxa südü əldə edə bilirsə, qaz və kolik problemləri az olmalıdır. Buna görə anaların qidalarına qadağalar tətbiq etməkdənsə, əmizdirmə prosesini təkmilləşdirməsi daha məqsədəuyğundur.
9. XƏSTƏLİKLƏR HAQQINDA YANLIŞ MƏLUMAT
"Canadian Pediatric Society, İnfectious disease and İmmunization Committee "Maternal infection diseases, antimicrobial therapy or immunizations: very few contraindications to breastfeeding" (2008) məlumatına və "Ruth and Robert Lawrence "Breastfeeding: A Guide for the Medical Professions"(2006) adlı kitabına görə, çoxaz sayda infeksion xəstəlikləri çıxmaqşərtilə, ana, istənilən digər hallarda, əmizdirməni davam etdirməlidir. Anadan körpəyə xəstəlik keçdiyi kimi ona qarşı vuruşan anti-cisimlər də keçir. Körpə üçün xəstəliklərə qarşı ən yaxşı profilaktik vasitə sözsüz ki, ana südüdür.
BƏZİ XƏSTƏLİKLƏRƏ QARŞI ƏN YAXŞI PROFİLAKTİK VASİTƏ ANA SÜDÜDÜR
10. SƏFƏR VƏ SƏYAHƏT HAQQINDA YANLIŞ MƏLUMAT
Əmizdirilən körpə ən yaxşı səfər yoldaşıdır. Müəyyən təcrübə əldə etdikdən sonra körpənizlə istənilən yerlərə gedə bilərsiniz. Ana südü süni qidadan fərqli olaraq heç bir narahatlığa və əlavə olaraq süni qida ləvazimatlarının özünüzlə daşınmasını tələb etmir.
Müəllif: Səltənət Zülfüqarova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1391   Tarix: 28 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə

Yay aylarında istidən qorunmaq üçün geniş istifadə olunan kondisionerlər ürək-damar xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər. xəbər verir ki, kardioloqların bildirdiyinə görə, tərli halda qəfil çox soyuq otağ

.

İsti hava insult riskini artırır - Həkimdən açıqlama

Yay aylarında isti hava səbəbindən küçədə özünü pis hiss edən və ya huşunu itirən insanlara tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar hər zaman sadəcə günvurma olmaya, insultun əlaməti də ol

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr

Gündəlik vərdişlərdə ediləcək kiçik dəyişikliklər gələcəkdə bel və boyun problemlərinin qarşısını almağa kömək edə bilər. xəbər verir ki, türkiyəli professor Turgut Akgülün sözlərinə görə, düzgün duruş onurğanın sağlam qalmasınd

.

İnsultdan əvvəl görünən təhlükəli əlamətlər

Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar. xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər. Lakin b

.

Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib. xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyy

.

İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər

Bir sıra ölkələri əhatə edən güclü isti hava dalğası insanların səhhətinin qəfil pisləşməsinə və bəzi xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Yüksək temperatur yalnız susuzlaşma və günvurma riski yaratmır.  xarici mediay

.

Bu bitki yağı bədəndə iltihabı azaldır

İltihabı azalda və ürək və bağırsaq sağlamlığını yaxşılaşdıra bilən yağlar az da olsa var. xəbər verir ki, kətan yağı ənənəvi olaraq işlədici və yara sağalması üçün istifadə edilən üyüdülmüş və preslənmiş kətan toxumlarında

.

Diş minasını zədələməmək üçün bunları edin

Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağ

turlar.az

sac duzumleri toy makiyajlari kosmetoloq gavali murebbesi anaya aid atalar sozu hekayələr sevgi dünyası kosmetika laylalar veten haqqinda atalar sozleri efsane balıq şirin qoğal