Əmizdirmənin daha bir üstünlüyü

Əmizdirmənin daha bir üstünlüyüOksitosin hormonunun əmizdirmə prosesində olan rolu haqqında çox yazılıb, çox araşdırmalar aparılıb.
"Sevgi hormonu" adlandırılan bu hormon, insan həyatının ən vacib anlarında ona dəstək olaraq, digər hormonlarla əlbir olaraq bəşəriyyətin davam etməsinə, analıq hissinin yaşamasına, körpələrə isə dünyada ən şirin və ləzzətli olan ana südü ilə bəslənməsinə imkan yaradır.
Doğuş zamanı ananın keçirtdiyi sancılar oksitosin hormonunun hesabına baş verir. Körpənin dünyaya gəlməsinə yardım edən oksitosin hormonu körpəni xaricə doğru itələməsini təmin edir. Körpə həmən doğulandan sonra ananın sinəsinə qoyulmalıdır və ana ilə körpənin dəri təması təmin olunmalıdır. Körpənin ananın sinəsi üzərində olması, həm ona ürək döyüntüsü və hərarətini nizamlamağa yardım edir, həm də oksitosin hormonunun artması ilə ananı yeni bir mərhələyə hazırlaşdırır. Bu mərhələdə körpə uzun çətin yoldan sonra dinlənib, artıq əmmək üçün hazır olduğunu göstərir və ilk ağuz südü damcılarını alır.  Bu təbii və vacib olan məqamlar ana və körpə arasında oksitosin hormonu sayəsində mükəmməl bir bağlılıq yaradır. 
Kyoto Universitetindən olan Yapon alimləri yeni doğulan analarla bir araşdırma apardılar və əmizdirməyin digər bəslənmə növləri ilə müqayisədə başqa bir əhəmiyyətli üstünlüyə sahib olduğunu tapdılar. "Ridus" elmi təcrübənin nəticələrinin Biology Letters jurnalında dərc olunduğunu yazır. Tədqiqat çərçivəsində mütəxəssislər təbii oksitosin səviyyələrinin ananın davranışına təsirini yoxlamaq qərarına gəldilər. Bunu etmək üçün qadınlara əmizdirmədən əvvəl və sonra insan reaksiyalarını izləyən insan üzlərinin şəkillərini göstərdilər. Nəticədə mütəxəssislər daha çox oksitosin ifraz edən qadınların pozitiv üz ifadələrini, əksinə sevgi hormonu az ifraz edən anaların mənfi ifadələri daha çox tanıdıqlarını tapdılar. Gələcəkdə elm adamları, doğuşdan sonra qadınlarda doğuşdan sonrakı depressiya kimi ortaya çıxan psixoloji problemlərə həll yollarını tapmaq üçün araşdırmalarının nəticələrindən istifadə etməyi planlaşdırırlar.
"Məqsədimiz, doğuşdan sonra analarda baş verən qavrama və psixoloji dəyişiklikləri anlamaqdır. Tədqiqat rəhbəri Masako Meva "Tədqiqat göstərir ki, oksitosin səviyyələri bu dəyişiklikləri başa düşmək üçün vacib bir amil ola bilər "dedi.
Elm adamları oksitosin hormonunun ifrazının ana ilə uşaq arasındakı əlaqəni gücləndirdiyini, eyni zamanda qadının davranışına və başqalarını qəbul etməsinə təsir etdiyini qeyd etdilər. Oksitosin hormonu digər insanlarla münasibətlərinizi, mənfi duyğuları, stresi və narahatlığı idarə etməyinizi və müsbət üz ifadələrinin tanınmasını yaxşılaşdırır.
Bu araşdırmalar anaların nə qədər həssas olduğunu, doğuşdan sonra ananın halına təsir edən müxtəlif hormonal dəyişikliklərin onun psixoloji vəziyyətinə təsir etdiyini bir dəfə də sübut edir.  Bu həssas dönəmi daha rahat keçməsi və körpəsinə daha yaxşı qulluq etməsi üçün hər bir ananın ətrafdakı insanların, xüsusilə ailə üzvlərinin dəstəyinə ehtiyacı var. Ana sevgi və qayğı ilə əhatə olunsa, özünüinamı artar və analıq kimi yüksək vəzifənin öhdəsindən daha gözəl şəkildə gələ bilər.
Gülarə Rüstəmova
uşaq psixoloqu, əmizdirmə məsləhətçisi
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1747   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geymler 2026 toy gecesi yaz geyimleri 2026 hikmətli hekayələr üz və bədənə qulluq südlü şirniyyat kişi üzükləri kosmetika şəhid qızlıq pərdəsi arxadan olmag novruza aid hakışda turpun nağlı