Epidemik parotit

Epidemik parotitEpidemik parotit-tüpürcək vəzilərinin kəskin virus xəstəliyidir.
Ümumi məlumatlar:
Epidemik parotit ən çox 5-15 yaşlı uşaqlarda rast gəlinir, böyüklərdə də ola bilər. Xəstəlik adətən ağır keçmir, lakin xəstəliyin təhlükəli ağırlaşmaları ola bilər. Bunun qarşısını almaq üçün bu xəstəliyə qarşı müəyyən vaksina ilə vaxtında peyvənd olunmaq lazımdır.
Səbəbləri:
Xəstəliyin mənbəyi xəstə insan xəstəliyi hava-damcı yolu ilə (öskürəndə, asqıranda,danışıq zamanı) digər adama yoluxdurur. Xəstə insan yoluxduğu gündən 9-cu günə qədər yoluxduruculuq qabiliyyıtinə malikdir. Virus orqanizmə daxil olduqda bütün vəz toxumalarda çoxala bilir, demək olar ki, bütün vəzlər-cinsi, tüpürcək, mədəaltı, qalxanvari vəzlər zədələnə bilər. Ən çox tüpürcək vəzləri zədələnir.
Simptomları:
Xəstəlik kəskin başlanır, hərarət 40 dərəcəyə qədər qalxır, qulaqönü nahiyyədə, çeynəmə və udqunma zamanı ağrı qeyd olunur, tüpürcək ifrazı artır. Qulaqaltı tüpürcək vəzi iltihablanır, buna görə də yanaq boyunca qulaq seyvanının önündə sişkinlik olur. Bu şişkinlik 5-6 günə qədər daha da artır. Bu yerə əl vurduqda ağrıli olur. Hərarət 5-7 gün davam edir.
Ağırlamaları:
Ağırlaşmaları ən çox mədəaltı vəzin (pankreatit), cinsiyyət vəzlərinin iltihabı səklinda olur. Digər daxili sekresya vəzləri, beyin qişaları meningit və ya ensefalit kimi zədələnə bilər. Oğlanlarda xayalarin iltihabı sonsuzluğa, qızlarda isə menstruasiya pozğunluğuna gətirib çıxara bilər.
Siz nə edə bilərsiniz:
Epid.parotitin spesifik müalicəsi yoxdur. Yalnız həkim düzgun diaqnoz qoya bilər və müalicə apara bilər.
Həkim nə edə bilər:
Diaqnoz qoymaq çətinlik törətmir, həkim dərhal müalicə təyin edir. Xəstə 7-10 gün yataq rejiminə əməl etməlidir. Oğlanlarda orxit (xayaların iltinabı) 3 dəfə çox inkişaf edir. Şişkinləşmiş tüpürcək vəzisi nahiyəsinə isti kompress qoyulur, xəstələrə duru və xırdalanmış qida təyin olunur, ağ çörək, makaron,yağlar, kələm menyudan çıxarılır. Pəhriz südlü -bitkili olmalıdır, düyü, qara çörək, kartof yemək məsləhətdir.
Profilaktikası:
Xəstəlik zamanı uşaq kollektivlərində karantin təyin olunur. Xəstə 9 gün izolyasiya olunur, kontaktda olanlar 21 gün uşaq kollektivinə buraxılmır. Xəstəliyin qarşısını almaq üçün 12 aylıqda və 6 yaşda uşaqlara mütləq peyvənd vurulmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1658   Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

qaşların formalari kosmetika mehsullari donlar 2026 abqoranin hazirlanmasi qadin.az mələk kartları çək byanka kosmetika hakista sozler novruz hakista novruz bayrami hakisda novruz bayramina aid hakista qoğalın nağlı