Ər-arvad arasında cinsi əlaqə baş verdikdə otaq mütləq zil qaranlıq olmalıdır?

Ər-arvad arasında cinsi əlaqə baş verdikdə otaq mütləq zil qaranlıq olmalıdır?Sual: Ər-arvad arasında cinsi əlaqə baş verdikdə otaq mütləq zil qaranlıq olmalıdır? Bu məsələyə dini cəhətdən nə cür qiymət vermək olar?

Cavab: Dinə əsasən belə bir qayda, şərt və tələb yoxdur. Yəni, ər və arvadın arasında meydana gələn cinsi əlaqə vaxtı otaq mütləq surətdə qaranlıq olmamalıdır.

Bununla belə, bu məsələ ilə əlaqədar bəzi faydalı və insanın ləyaqətini qoruyan məsləhətlər var. Belə ki, cinsi əlaqə vaxtı tərəflərin üstünün örtülü olmağı daha münasib hesab edilir. Yaxşı olar ki, otaq da çox işıqlı deyil, qismən işıqlı olsun. Bu isə lampaların hamısının açıq olmağı ilə deyil, gecə lampası ilə mümkündür.

Yaddan çıxardılmamalıdır ki, bütün bu məsləhətlər İslam dinində insana, onun heysiyyət və ləyaqətinə verilən yüksək qiymətdən irəli gəlir. Başqa cür desək, bunların heç biri insanların cinsi azadlığını məhdudlaşdıran qadağalar deyil; əksinə, onların həya (utanma) hissinin qorunub saxlanmasına xidmət edir.

Bir sözlə, dində sualınızda qeyd etdiyiniz kimi mütləq bir şərt yoxdur. Ancaq bilmək lazımdır ki, bu məsələlər ayrı-ayrı çəxslərin din anlayışları və ədəb-ərkanından asılıdır. Yaxşı olar ki, insanın ləyaqətini alçaldan və insanda təhrik vasitəsilə bəd hislər oyadan hərəkətlərdən uzaq durulsun. Çünki bu məsələlər izafidir, mənfi nəticələrə gətirib çıxarda bilər. Qısa desək, ər-arvad arasındakı cinsi münasibətlərin də müəyyən qayda və qadağaları vardır.

Ailə və Uşaq     Baxılıb: 58175   Tarix: 05 avqust 2014
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

turlar.az

hamiləlik geymler 2026 sac duzumleri cinsi infeksiyalar piroqlar kətə reseptləri dirnaq berkiden maskalar kosmetika oglaq rus dilin nece orenek bir arzum var nizami gencevi uşaq nece olur