"Ərə getməyə yaxşı kişi yoxdu, özümçün kef çəkirəm də..." - Bakıda fahişə bazarı - FOTO

"Ərə getməyə yaxşı kişi yoxdu, özümçün kef çəkirəm də..." - Bakıda fahişə bazarı - FOTOGünorta vaxtı yolumu Səməd Vurğun parkından saldım. Ətrafda xeyli insanlar vardı; ən çox da qadınlar… Onlardan bəziləri diqqətimi çəkdi. Vulqar makiyajlı bu qadınlar həm vətəndaşların istirahət etdikləri skamyaların yanında, həm də bağın yaşıllıq massivində o yan-bu yana vurnuxurdular. Onlara baxanda yalnız bu məsəl beynimdə dolaşırdı, necə deyərlər, "həm ziyarət, həm də ticarət"…

Daha sonra skamyada oturub , "işə" çıxan qədim peşə sahiblərini müşahidə etməyə başladım. Onların hamısı müştəri gəzirdi, kişilər də parkda əyləşir, bu "zəhmətkeşləri" müşahidə edirdilər. "İşə" çıxan qadınları heç də yaraşıqlı adlandırmaq olmazdı. Hamısının yaşı 30-dan yuxarı idi. Müşahidə zamanı gözümə qarayanız, dolubədənli, bəstəboy qadın dəydi. O, heç kimdən və heç nədən çəkinmədən skamyada tək oturan kişiyə yaxınlaşdı. Onun kişiyə nə dediyini eşitmədim, ancaq kişinin yüksək səslə, "rədd ol başımdan, pozğun. Səninlə it də bir yerdə durmaz. Heç güzgüdə özünə baxmısan ki, nə gündəsən, gəlib mənə də qiymət oxuyursan?!", dediyini eşitdim. O, təxminən 45 yaşlı qadını əli ilə itələyib ayağa qalxdı. Bu zaman onlar arasında mübahisə yarandı. Kişi qadının hay-həşirindən qorxub ara qarışmasın deyə, parkı tərk etmək istəyəndə, ona yaxınlaşdım. Soruşdum ki, "nə baş verir, sizə nə deyirdi?". Kişi isə cavabında, "səncə nə deyəcək, elələri nə istəyir?! Gəlib qiymət oxuyur, elə bilir ki, dünyadan xəbərimiz yoxdur. 5 manat dəyəri yoxdur, 50 manat pul istəyir, əxlaqsız"- dedi.

Kişi ilə sağollaşıb, parka bir də göz gəzdirirəm. Skamyaların birində qulaqcıqla mahnı dinləyən sarıbuğdayı, qısa saçlı, təxminən 35 yaşlı qadının yalnız oturduğunu gördüm. Yaxınlaşıb, yanında oturdum. Qulaqcığı çıxarıb, üzümə baxıb gülümsədi. Adını öyrəndim: Günel idi (ad şərtidir – red).

– Hər gün burdan keçirəm. Bu gün işdən tez çıxdığım deyə, dedim bir az burda oturum.

– Harada işləyirsən?

– Şirkətlərin birində inspektoram.

– Ailəlisən?

– (gülür) Yox, neynirəm ərə getməyi? Ərə gedənlərin əli bala batıb, mən qalmışam? Bacılarım ərə gedib də, görürəm çəkdikləri əzab-əziyyəti. Özümçün kef çəkirəm də, neynirəm əri? Yaxşı kişi var ki, indi?

Söhbətin şirin məqamında bayaq kişiylə qiymət danışan qadın yanımızdan keçir və gülə-gülə "Günel, bu gün nə əcəb tez gəlmisən", – deyə soruşur. Günel isə "bu gün işdən tez çıxdım, bir az hava almaq üçün gəldim", dedi. Qadın tərs-tərs baxıb, heç nə demədən uzaqlaşdı. Günel söhbətdən yayınmaq istəsə də üzündən və davranışından "işə" çıxanlardan olduğu gün kimi aydın idi. Nəsə üstünə çox getmədən söhbətə davam etdim…

– Əslin haralıdır?

– Qazaxdanam, elə bu tərəflərdə anamla kirayə yaşayıram.

– Mən də iş axtarıram. İşlədiyin şirkətdə işə düzələ bilərəm?

– Ailəlisən, yoxsa subay?

– Sənə hansı sərf edir?

– (güldü) Elə-belə soruşuram. İstəsən səni gecə növbəsinə düzəldərəm. Gecə növbəsində kişilər çox olur. Mən gecə növbəsində işləyə bilmirəm də, yoxsa kişilərlə səhərə qədər adam laqqırtı vurub, gecəni yola verər. Yuxusuz qala bilmirəm e, qala bilsəm nə var ki, heç o smeni də heç kimə vermərəm, elə özüm işləyərəm.

– Bəs sənə yaxınlaşan o qadın kim idi?

– "Quş"du. Məni burda görüb, bir-iki dəfə də əlüstü söhbət eləmişik. Elə bilir onun tayıyam. Kül onun başına, qadın da özünü satıb pul qazanar? Hələ mənimlə söhbətləşəndə elə də fərəhlə deyirdi ki, "hər gün bura "iş"ə gəlirəm". Tüpürüm o pula, mən o yolla pul qazanmaram. Gün ərzində 100 kişi ilə əlaqədə olurlar. 5-10 manata bədənini satır.

Bu sözləri dedikcə baxışlarını məndən yayındırıb, ətrafa baxırdı. Sanki öz əməllərini gözlərində gizlədərək utanırmış kimi davranırdı.

– Burda işləmək asandır?

– Hə, əvvəl-əvvəl asan olur, çünki təzə gəldiyin üçün müştərilərin də bol olur. Özünü qiymətli hesab edirsən, "pula çıxan" biri kimi yox. Zamanla dəyərini itirirsən. Sənin işləmək fikrin dəqiqdir? Dəqiqdirsə, vaxt deyim burda görüşək, gedək.

– İş hardadır?

– Elə bu parkdan bir az aşağı düşürsən, o tərəfdə.

Söhbətin bu yerində parkda təmizlik işlərinə baxan Xalidə nənə bizə yaxınlaşır:

– Günel, bu qız kimdir?

Günel məni tanımadığını və iş üçün ona müraciət etdiyimi deyir. Nənə gülümsəyib "bu, yaxşı qıza oxşayır. Onu da öz yoluna çəkmə, yazıqdır", – deyir. Günel ikinci dəfə pərt oldu və artıq həqiqəti gizlədə bilmədiyi üçün çıxıb getməyə qərar verdi. Mən isə Güneli daha ətraflı tanımaq və onun dediklərini dəqiqləşdirmək üçün nənə ilə söhbətə başladım…

– Ay nənə, Güneli tanıyırsan?

– Hə, çox gözəl tanıyıram.

– O harda işləyir?

– Harda işləyəcək? Nazirlikdə (gülür). Əlbəttə ki, bu bağda. Elələrinin iş yeri yalnız buradır. Üzünə-gözünə bax, kim olduğunu, halını xəbər al da. Görmürsən kimdi?! Eh a qızım, illərdir burda tum satıram, neçə-neçə üzlər görmüşəm. Sən bura axşam gəl e. İndi günün günorta çağıdır, elə də adam yoxdur. Axşamüstü gəl, gör burda nələr baş verir. Söyüşün biri bir qəpikdən… Açıq aşkar bazar olur bura… Can bazarı…

– Günel barəsində danışa bilərsən?

– Nə danışım? Abrı, həyası olmayan bir adamdır. Onunla yerliyəm deməyə də utanıram. Özü Xırdalanda qalır, hər gün axşamtərəfi gəlir kişi "tutmağa". Bir də görürsən tez gəlir. "Kliyenti" olanda danışır, günorta vaxtı burdan da gedirlər. 4-5 ildir ki, o da bura dadanıb. Əvvəl-əvvəl heç kimə uyuşmurdu, sonralar sırtıldı. Müştərisi olmayanda özü kişilərə sataşır. O həyasız burda olanlardan ən gözəgəlimlisidir. Demək olar ki, elə ən çox "kliyent" tutan da odur. Bura gələn kənd kişilərinin çoxunu o "tutur". Həmişə də mənə kişiləri necə soyduğunu danışıb gülür.

– Deyirdi, "subayam, şirkətdə inspektor işləyirəm"…

– Qələt edir. O ancaq Vurğun parkının inspektorudur, gələn-gedən kişiləri "tutur" (istehza ilə danışır). O deyir "subayam"? O subaydırsa, mən də onda qız uşağıyam. O ki bu cür yalan danışır, mən də bildiklərimi deyəcəm. Demək, bu Günel kənddə imkanlı bir ailəyə gəlin köçür. Oğlan da yaxşı oğlan, bunun hər nazı ilə oynayır. Bu, ifritə oğlanın bibisi oğluna göz dikər və başlayar onunla "çaşka-lojkalıq" etməyə. Görüşər, neyniyər nə eləməz, daha o onların öz işləri… Bir müddət sonra oğlan məsələdən xəbər tutar. Bibi oğlu da başını götürüb kənddən qaçar, oğlan da bunu boşayar. Sonra bu dədəsigilin qonşuluğunda 5 uşağın atasıyla oynaqlaşar. Kişinin arvadı xəbər tutar, bütün kəndə hay salar. Bunu kənddə hamı hoydu-hoyduya götürər. Bu da baş götürüb Bakıya qaçar və ərinin bibisi oğlu ilə tapışar. Bir müddət onunla bir yerdə yaşayar, sonra oğlan da bunu atıb gedər. Günel qalır məəttəl, dolana bilmədiyini bir qadına deyər. O qadın da onu bura dadandırar. O da işləmək adı ilə artıq 5 ildir ki, bura gəlir. Heç ailəsi onun burda əxlaqsızlıq etdiyini bilmir. Elə bilirlər ki, hardasa işləyib halal pulunu qazanır.

– Sən bunları hardan bilirsən, ay nənə?

– O bura təzə-təzə gələndə, ondan kim və hardan gəldiyini soruşmuşdum. Mənə hər şeyi sənə dediyi kimi danışmışdı. Bir dəfə təsadüfən bacımın qızı kənddən bizə gəlmişdi. O kəndə qayıdanda pul göndərməli idim. O da gedəndə yanıma gəldi, bunu gördü. Və onun bütün həyat tarixçəsini danışdı. Heç kimin babalını yumaq istəmirəm. Ancaq burda düz-əməlli qadın yoxdur. Bu yolla pul qazanmaq heç kimə xeyir gətirməz. Bu da müvəqqətidir. Onlar indi dərk etmirlər, bir az sonra öz əməllərinə peşman olacaqlar. Onlara tamah salan kişilərdə də ağıl yoxdur axı. Bütün günü içki içir, siqaret çəkir, səs-küy salırlar burda. Heç polislər də onlara heç nə deyə bilmirlər. Elə bilirsən bunlar özbaşınadır? Burda onların himayəçiləri var. Deməyim odur ki, bu, bir yol deyil, onlar tutublar. Ona qalsa o vaxt kişim məni atdı, uşaqlarıma həm ana, həm ata oldum. Ev yığışdırdım, süpürgəçi işləməklə onları böyütdüm. O vaxt bunlardan da gözəl idim, küçəyə çıxanda ən azı 5-10 kişi çönüb, mənə baxırdı. Onda gərək, mən də əxlaqsızlıq edərdim? Mən özümü satmağı ən alçaq addım bildim. İndi də şükür, küçə süpürsəm də əxlaqım, namusum yerindədir. Heç kimin yanında gözüm kölgəli deyil.

P.S. Xalidə nənə ilə sağollaşıb uzaqlaşıram. Parkın girəcəyində dayanan sarışın qadının yanındakı kişi ilə söhbətini eşidirəm: Qiymətim 50 manatdır, amma pulumu əvvəldən ver ki, sonradan davamız düşməsin….

mənbə: yenicag.az

Xəbərlər     Baxılıb: 4782   Tarix: 14 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir

Ağ rəngi və parlaq qırmızı toxumları ilə çiyələyi xatırladan ananaslı çiyələk, həm vizual cazibəsi, həm də tropik ananas ətirini daşıyan nadir dad təqdim edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev şəraitində d

.

Bu ət toyuqdan iki dəfə sağlamdır: Mütləq yeməlisiniz

Sağlam qidalanmaya gəldikdə, bir çox insanlar dərhal toyuq və ya hinduşka ağlına gəlir. xəbər verir ki, ördək ətində toyuq və hinduşka ətindən xeyli çox dəmir var. 100 qram ördəkdə təxminən 2,7 mq dəmir, hinduşka qaraciyərind

.

Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır - Ciddi xəbərdarlıq

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarını

.

Yayın sevilən meyvəsi kişilərin yataq performansını artırırmış

Yay mövsümünün sevilən meyvəsi kişilərin yataq performansını artırır. xəbər verir ki, yay aylarında ən çox istehlak edilən meyvələrdən olan qarpız, kişilərin cinsi sağlamlığına müsbət təsir edir. Bu nəticələr "Curren

.

Yatmazdan əvvəl ayaqlarınıza bunu vurun - Uşaq kimi yuxuya gedəcəksiniz

Stres, iş təzyiqi və günümüzün sürətli ritmi bir çox insanda yuxu problemlərinə səbəb olur. Mütəxəssislər isə bildirirlər ki, keyfiyyətli və kəsintisiz yuxu yalnız zehni deyil, fiziki sağlamlıq üçün də vacibdir. İndi is

.

Qabığını limonla qaynadıb için - Bütün tıxanmış damarları açır

Xolesterini təbii üsullarla aşağı salmaq istəyənlər üçün son dövrdə ən çox yayılan metodlardan biri sarımsaq qabığı ilə limon qarışığıdır. xarici mətbuata istinadla xəbər verir ki, sarımsağın təkcə özü yox, qabığı da damarlar

.

Yeməkdən əvvəl dondurma yemək olar? - Mütəxəsisslərdən XƏBƏRDARLIQ

Yaz aylarının yaxınlaşması ilə birlikdə, dondurma sevənlərin sayının artacağı şübhəsizdir. Lakin yay aylarının istilərində bəzən insanlar bu soyuq və şirin qidanın vaxtı ilə necə istehlak edilməsi mövzusunda suallar verir

.

Ürək və mədənin bədənin əks tərəfində olmasının SƏBƏBLƏRİ NƏDİR?

İnsan bədəni təbiətin mürəkkəb və bənzərsiz strukturlarından biridir. Bəzən orqanların yerləri ilə bağlı təbii bir fərqlilik meydana gələ bilər ki, buna tibbdə "situs inversus" adı verilir. Bu nadir hal, bədəni

.

Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanmas

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetik vasiteler toy makiyajlari donlar 2025 kokteyl erroziya nədir qazan kotleti hazirlanmasi kişi dünyası bürclər sevgi qardasa aid haxistalar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz zencefil