Ereksiya problemi yaşayanlara həkimdən məsləhət

Ereksiya problemi yaşayanlara həkimdən məsləhətErektil disfunksiya olaraq bilinən hal kişilərin üzləşdikləri ən böyük problemlərdən biridir. Geniş yayılmış bu problemin həm fiziki, həm də psixoloji səbəbləri var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, uroloq-androloq Bator Qonçikov "Gazeta.Ru"ya bu problemin əsas səbəbləri barədə danışıb.
Onun sözlərinə görə, erektil funksiyaya təsir edən əsas amillərdən biri qan damarlarında yaranan problemlərdir.
"Tıxanmış arteriyalar və qan damarlarının daralması penisə qan axınının məhdudlaşdırılmasına və ereksiya problemlərinə səbəb ola bilər.
Stress, depressiya, narahatlıq və digər psixoloji problemlər də cinsi funksiyaya təsir edə bilər.
Psixi diskomfort libidonun azalmasına və ereksiya problemlərinə gətirib çıxarır", - deyə həkim bildirib.
Onun sözlərinə görə, bunlardan əlavə, diabet, ürək-damar patologiyaları və yüksək təzyiq kimi xroniki xəstəliklər də bu problemin inkişafını sürətləndirir:
"Bu xəstəliklər zamanı sinirlər və qan damarları zədələnir, bu da erektil disfunksiyaya səbəb olur".
Həkim bəzi dərmanların (məsələn, allergiya dərmanları, depressiya dərmanları və xolesterol dərmanları) əks təsirləri nəticəsində də cinsi funksiyada zəifləmə ola biləcəyini diqqətə çatdırıb:
"Yeni dərmana başladıqdan sonra ereksiya ilə bağlı probleminiz yaranıbsa, bunu həkiminizlə müzakirə edin".
O, həmçinin bildirib ki, münasibətlərdə problemlər, özünə inamın az olması və partnyorla münaqişələr cinsi funksiyaya təsir edə bilər.
"Partnyorunuzla emosional əlaqə və ünsiyyət ereksiya problemlərinin həllində vacib aspektlərdir.
Anlamaq lazımdır ki, impotensiya eyni vaxtda bir neçə amildən qaynaqlana bilər. Çox vaxt bu, fiziki və psixoloji səbəblərin birləşməsindən yaranır.
Ereksiya probleminiz varsa, diaqnoz və müalicə üçün bir uroloqa müraciət etməyiniz vacibdir. Probleminizi həkiminizlə müzakirə etməkdən və sizi narahat edən hər hansı sualı verməkdən çəkinməyin.
İmpotensiya müvafiq yanaşma və mütəxəssislərin dəstəyi ilə uğurla müalicə edilə bilər", - deyə uroloq yekunlaşdırıb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1778   Tarix: 24 iyul 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geymler 2026 kosmetik vasiteler aksessuarlar seks prosesi dekorasiya qara gavalinin faydalari qəlyanaltılar kosmetika vetene aid bayati kondom vetene aid atalar sozleri xeyanet novruz bayramı haxışta