"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" - Oğlu sevgilisi tərəfindən öldürülən qadın - VİDEO - FOTO

"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" - Oğlu sevgilisi tərəfindən öldürülən qadın - VİDEO - FOTOTürkiyədə oğlu sevgilisi tərəfindən qətlə yetirilən qadın tükürpədici açıqlamalar verib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, 10 yaşlı oğlu Beratcanın öldürülməsindən sonra Türkan Karakütük hər şeyi danışıb.

Oğlunun ölümüylə bağlı mühakimə olunduğu iddiada haqqında bərat qərarı çıxarılan və oğlunun ölümüylə hər hansı əlaqəsinin olmadığını deyən Türkan:

"19 illik evliliyimin 16 ili yoldaşımdan ayrılmaq istəməklə keçdi. Çünki yoldaşım məsuliyyətsiz bir insan idi. Ailəyə laqeyd, müstəqil bir həyatı vardı, qazandığını həmişə başqa qadınlarla birlikdə yeyirdi. İki dəfə mənə xəyanət etdiyini öz gözümlə görmüşəm. Boşanmaq istədiyimi dəfələrlə dilə gətirdim, lakin öldürülməklə təhdid edilirdim. Evliliyimiz bu şəkildə illərlə davam etdi. Dörd il əvvəl eyni iş yerində çalışdığımız Ersin Kaşıkçı ilə sevgili olduq. Ersin də mənim kimi evli idi, 3 uşaq atası idi. Ersin ilə əlaqəmiz davam edərkən, o, yoldaşından ayrıldı, lakin mənim evliliyim hələ davam edirdi.

''Həyat yoldaşım əlaqəmizi bilirdi''

Ersin Kaşıkçı ilə olan əlaqəmi yoldaşıma dəfələrlə dedim. Əlaqəmizi məndən başqa, Ersin də yoldaşıma söylədi. Yoldaşıma zəng edib mənimlə birlikdə olduğunu deyib, amma yoldaşımın vecinə deyildi. Sonda Ersin mənə: "Niyə heç birlikdə fotomuz yoxdur?" dedi. Mən də Ersin ilə səmimi fotolar çəkdim. Daha sonradan öyrəndim ki, Ersin bu fotoları yoldaşıma göndərirmiş və mesaj yazıb ki, "Uşaqlarına sahib çıx, Türkanla evlənəcəyəm". Həyat yoldaşım fotoları mənə göstərib: "Əgər boşansan, bu fotoları məhkəməyə təqdim edərəm və uşaqların üzünü bir daha görə bilməzsən", - deyə uşaqlarımla təhdid etdi. Bu fotolardan sonra bizim Ersin ilə münasibətimiz daha iki il davam etdi və bunu uşaqlarım da, yoldaşım da bilirdi.

Beratcanın itdiyi günün səhəri Ersin Kaşıkçı ilə telefonla danışdım. Ersinə artıq ayrılmaq istədiyimi söylədim. Ersin də, "Axşam 10 dəqiqəliyinə gəl, görüşək" dedi. Qəbul etmədim. Həmin gün günorta Beratcan yoxa çıxdı. Heç ağlıma gəlmədi ki, Ersin belə bir şey edəcək. 1.5 il əvvəl yoldaşıma evimizin qarşısında bıçaq çəkib öldürməklə təhdid etmişdi.

'' Həyat yoldaşımı öldürəcəkdi, oğlumu öldürdü ''

Mən yoldaşımı öldürəcəyini gözləyərkən, oğlumu öldürdü. Niyə belə bir şey etdi, inana bilmirəm. Belə olacağını təxmin edə bilməzdim. Hadisənin bu yerə gələcəyini bilsəydim uşaqlarımı götürüb ata evimə gedərdim. Belə olmağını istəməzdim. Uşaqlarıma çox düşkün bir ana olduğumu Ersin də, yoldaşım da bilirdi. Vicdansız bir ana olsaydım, bu ağrını yaşamazdım".

Ötən gün baş tutan məhkəmə prosesində, Kaşıkçıya 4 ildən 14 ilə qədər həbs cəzası verilib, uşağın anası Türkana isə bəraət qərarı çıxarılıb.

"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" - Oğlu sevgilisi tərəfindən öldürülən qadın - VİDEO - FOTO

Xəbərlər     Baxılıb: 2933   Tarix: 22 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

turlar.az

aksessuarlar geyim şəkilləri yay kolleksiyasi hepatitlər xinayaxdi haxista oxatan burcu asan ariqlamagin yollari kosmetika mikayıl abdullayev maraqli hakistalar novruz bayrami uşaq nece olur oyunlar