Ərinin məşuqəsini soyundurdu, başını qırxdı, sonra isə...
"Bu küçə qadınını ərimlə yataqda tutdum. Onu çirkin əməlinə, əxlaqsız davranışına görə cəzalandırdım. Qoy hamı bilsin ki, başqasının ailəsini dağıtmaq istəyi nə ilə nəticələnə bilər".
Braziliyada sosial şəbəkələrdə böyük qalmaqal yaratmış videonu paylaşan qadın belə yazıb. O, əri ilə yataqda tutduğu qadını "cəzalandırıb" və bu anları videoya çəkərək paylaşıb.
Xanim.az Altun.az-a istinadən xəbər verir ki, olay Braziliyanın San-Paulu ştatındakı Kubatao şəhərində yaşanıb. 42 yaşlı qadın işdən evə tez qayıdıb və yataq otağında ərini 20 yaşlı qadınla, çılpaq vəziyyətdə tutub.
Ər aradan çıxıb. Qadın isə ərinin məşuqəsini döyüb, ülgüclə saçını kəsib və sonra da "qurban"ının saçından tutub sürüyərək küçəyə çıxarıb.
O, çılpaq "qurban"ını söyə-söyə polis idarəsinə aparıb.
"Buyurun, təhvil alın əxlaqsızı", - qəzəblənmiş qadın polis idarəsində deyib.
Məşuqənin çılpaq vəziyyətdə polis idarəsinə aparıldığı anları qadının yeniyetmə oğulları videoya çəkiblər.
Qadın daha sonra videonu Facebook-da paylaşıb.
20 yaşlı "qurban" isə polisdə ifadə verərkən deyib: "Sevgilimin ailəli olduğunu bilmirdim. Mənə subay olduğunu, mənimlə evlənəcəyini söyləmişdi. 5 ay idi ki, görüşürdük".
Faktla bağlı cinayət işi qaldırılıb. Polisdən verilən məlumata görə, ərinin məşuqəsini cəzalandıran qadın qatı xuliqanlıq, işgəncə vermək və zorakılıqda suçlanır. Onu 16 ilədək həbs gözləyir.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Qabığında elə faydası var ki
Çinarədən yeni mahnı - AUDİO