Erməni əsgər anaları nazirliyin binasına hücum çəkdilər - VİDEO
İrəvanda cəbhədə öldürülmüş erməni əsgərlərin anaları Müdafiə Nazirliyinin binasına hücum çəkiblər.
Xanim.az baku.ws-ə istinadən xəbər verir ki, Ermənistan mətbuatının verdiyi xəbərə görə, əsgər anaları yeni müdafiə naziri Viqen Sarkisyan ilə görüşmək məqsədilə nazirlik binasının arxa girişində toplaşaraq müdafiə şöbəsinin müdirinin kortejini dayandırmağa cəhd göstəriblər. Bu zaman cəbhədə həlak olmuş Valeri adlı əsgərin anası Nana Muradyanın səhhəti pisləşib və bu səbəbdən də təcili tibbi yardım çağırılıb.
Nana Muradyan jurnalistlərə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri onu vurub, üzünə tüpürərək onu "bomj" adlandırıb. Daha sonra yaxınlıqda olan polis avtomobilinə tərəf sürüyərək onu polis bölməsinə aparmaqla hədələyiblər. Qadını yalnız baş polis məmuru gəldikdən sonra buraxıblar. Muradyanın sözlərinə görə, insidentdən sonra qadından ərazini tərk etməsini tələb ediblər.
Qeyd edək ki, erməni əsgər anaları tez-tez Müdafiə Nazirliyi binası önünə toplaşaraq cəbhədə öldürülmüş oğullarına görə rəhbərlikdən hesab tələb edirlər. Aprel əməliyyatları və son günlər ordumuzun cəbhədə ermənilərə sarsıdıcı zərbələr vurmasından sonra bu hal daha da artıb.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Qabığında elə faydası var ki
Çinarədən yeni mahnı - AUDİO