Eroziyanın yandırılması

Eroziyanın yandırılmasıUşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya - uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir. Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziasını vaxtında müalicə etmək lazımdır!
Uşaqlığın uşaqlıq yoluna açılan hissəsi "uşaqlıq boynu" adlandırılır. Uşaqlıq boynu qısa və ensiz borucuğa bənzəyir.
Uşaqlıq boynu qoruyucu funksiyanı yerinə yetirir. Onun içərisində olan hüceyrələr xüsusi selik ifraz edir ki, bu selik qatılaşaraq tıxac əmələ gətirir. Bu tıxac isə infeksiyaların, mikrobların, bakteriyaların və s. zərərli agentlərin uşaqlıq boşluğuna daxil olmasına mane olur.
Uşaqlıq boynu iç tərəfdən yastı epiteli ilə (toxuma) örtülüb. Yastı epitelidən bizim dərimiz də ibarətdir. Uşaqlıq boynunun iç tərəfi (servikal kanal) digər toxuma ilə örtülüb - ona "silindkir epiteli" deyilir. Silindrik epiteli yastı epitelilə müqayisədə daha zərifdir, boşdur və parlaq qırmızı rəngdədir. Yastı epiteli daha hamardır, parlaqdır və açıq çəhrayı rəngdədir.
Silindrik epiteli yalnız uşaqlıq boynunun iç tərəfində olmalı və buradan xaricə çıxmamalıdır. Lakin bu hər zaman belə olmur.
Müalicənin əsas məqsədi uşaqlıq boynunun üzərində olan silindrik epitelini məhv etməkdən ibarətdir. Daha sonra bunun yerində yastı epiteli bərpa olunur. Eroziya çox kiçik olduqda konservativ (dərmanlar vasitəsilə) müalicə istifadə oluna bilər. Bu məqsədlə xüsusi turşular əsasında olan preparatlar istifadə olunur. Belə preparatlar silindrik epitelini yandırır.
Daha böyük eroziyalar zamanı və həmçinin bundan əvvəl təyin olunmuş konservativ müalicə effekt vermədikdə, ginekoloq cərrahi üsullara keçir.
Yastı epiteli ilə müqayisədə silindrik epiteli daha zərifdir və uşaqlığın turş mühitin, burada olan mikroorqanizmlərin təsirindən və həmçinin cinsi aktlar zamanı tez-tez zədələnir və onun üzərində eroziya (kiçik xora) əmələ gəlir. Bu çox təhlükəli vəziyyətdir. Məsələ burasındadır ki, tez-tez zədələnməyə məruz qalan hüceyrələr vaxt keçdikcə xərçəng hüceyrələrinə çevrilə bilərlər. Məhz buna görə ginekoloqlar qadınlara eroziyanı mütləq müalicə etməyi tövsiyə edirlər.
Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir!
Cərrahi müalicə zamanı elektrik cərəyanı, maye azot, radio dalğalar, lazer istifadə oluna bilər. Bu vasitələrin köməyi ilə silindrik epiteli məhv edilir. Həkim çox ehtiyatlı olmalıdır ki, yalnız silindrik epiteli götürülsün, onun altında qalan hüceyrələr isə zədələnməsin. Əks halda uşaqlıq boynu öz elastikliyini itirə bilər ki, bunun nəticəsində doğuş zamanı uşaqlıq boynu normal açılmayacaq.
Cavan və gələcəkdə hamiləlik planlaşdıran qadınların müalicəsində adətən lazer və radio dalğalar istifadə olunur. Hal hazırda bu ən qoruyucu üsullar sayılır.Gecikmiş hallarda, eroziya fonunda xərçəng xəstəliyinin ilkin əlamətləri meydana çıxarsa, cərrahi müalicə üsulundan istifadə edilir.

Sağlamlıq     Baxılıb: 3461   Tarix: 07 dekabr 2014
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yay geyimləri 2026 hamiləlik sade makiyaj sekilleri genc aile balıq yağı qara qarağat uşaq yeməyi kosmetika novruz hakista sanama kökəlmək üçün novruz bayramina aid hakista vicdan