Əruz vəzni

Əruz vəzniƏruz vəzninin yaranması. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil İbn Əhməd (718-792) olmuşdur. X.İ.Əhmədə qədər isə ərəb şeirində aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir (17):
- Ərəb şeirinin "səc" forması;
- Ərəb şeirinin "rəcəz" forması;
- Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).
Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar (17).
Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da "səc" kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-professional, spontan forma) kimi qiymətləndirilir (17).
Ərəb şeirinin erkən əruz formasının VI əsrin əvvəllərindən VIII əsrin ortalarına (X. İ. Əhməd təliminin yaranmasına) qədər olan dövru əhatə etdiyi qəbul edilir. Erkən əruz şeirinə aid nümunələrdə vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənilməsi qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı ədəbiyyatın müəyyən inkişafı ilə əlaqədar olaraq professional və daha yüksək səviyyəli yaradıcılıq mərhələsi kimi qəbul olunur. Belə ki, erkən əruz şeiri müəyyən filoloji biliklərə malik müəlliflər tərəfindən vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənil-məsi qaydasının şeirə tətbiqi ilə formalaşmışdır. Bu dövrdə nisbətən sadə qəliblərdən (əsasən rəcəz, həzəc və rəməl qəliblərindən) istifadə edilmişdir. Bu dövrdə professional səviyyəli əruz şeiri ilə paralel olaraq şifahi xalq yaradıcılığı forması kimi "səc" və "rəcəz" şeir formaları da öz mövcudluğunu qorumuşdur (17).
X. İ. Əhməd isə əruza daha mürəkkəb və çoxsaylı qəliblər əlavə etmiş, ərəb dilinin ritmik sisteminin və əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı ərəb poeziyası məhz həmin nəzəriyyə üzərində inkişaf etmişdir.
Burada əruzun yaranması baxımından çoxsaylı suallar ortaya çıxır. Ən önəmli suallardan biri ondan ibarətdir ki, əruzun əsas xüsusiyyəti olan vahid ritmik quruluşun şeirin bütün misralarında dəqiqliklə gözlənil-məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə tətbiq olunmuşdur? Əruzşünaslıqda adətən bu ərəb dilinin uyğun xüsusiyyəti (?) ilə əlaqədar olaraq bir tarixi zərurət kimi qiymətləndirilir. Lakin, bunun ərəb dilinin məhz hansı özəlliyi olduğu lazımınca araşdırılmamışdır. Əgər bu xüsusiyyət əruz qəliblərini formalaşdıran ritmik vahidlərin ərəb dilində və ərəb folklorunda mövcud olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri türk dilində və türk folklorunda da mövcuddur (buna real misalları növbəti bölmələrdə görəcəyik). Deməli, həmin qaydanın ilk dəfə türk şeirinə tətbiq olunması da nəzəri cəhətdən mümkün idi. Bəlkə də sadəcə olaraq, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir versiyadır. Yeri gəlmişkən, ərəb əruzunun yaranmasın-dan xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli dildə olan qədim yunan şeirinə də tətbiq olunuğu məlumdur (1).
İstənilən halda əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folklorumuzda varsa və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanırsa, təkcə bu fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir.

Maraqlı     Baxılıb: 4403   Tarix: 03 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

həkim məsləhəti makiyaj etmek qaydalari sac duzumleri seks prosesi ana və uşağın ev məktəbi küftə reseptləri zirincin faydaları kosmetika bayati qz eviyçun hakışta tanisliq sirin qogal qiz evi