Ərzaqlar haqqında maraqlı məlumatlar

Gülqənd şirniyyat məhsuludur. Gülqənd hazırlamaq üçün yabanı, ətirli qızılgül ləçəklərini qənd tozu (0,5 kq gül ləçəyinə 2 kq şəkər tozu) və ya balla ovxalayıb bərnilərə doldurulur (bərnilərin başı yarım olmalıdır) və günəş altında saxlayırlar. 2—30 gündən sonra gülqənd hazır olur. Yüksək kalorili və ətirli olur. Bir stəkan gülqənddən 3 kq-a qədər mürəbbə hazırlana bilər. Gülqənd həm də itburnu çiçəyinin ləçəklərindən hazırlanır. Çay və şirniyyat süfrəsinə verilir. Xalq təbabətində gülqənddən ümumi zəifliyin, qanazlığının, başgicəllənməsinin və s. qarşısını almaq üçün istifadə edilir.
Ərzaqlar haqqında maraqlı məlumatlarMarmelad (fr. Marmelade, portuqalca marmelo-heyva)- qatı paludəyə, yumşaq rahətülhülquma bənzər özlü konsistensiyalı qənnadı məmulatıdır. Meyvə-giləmeyvə və jeleli növləri var. Qatı-özlü konsistensiyası əsasən meyvə və giləmeyvələrin tərkibindəki özlü maddələrin miqdarından asılıdır. Heyva, alma, ərik və s. meyvələrdə qatılaşdırma xassəsi daha yüksəkdir. Bu meyvələri bişirilərkən donmuş bərk konsistensiya aldığına görə onlardan əsasən meyvə-giləmeyvəli marmelad hazırlanmasında istifadə edilir. Bunun üçün meyvə-giləmeyvə əzməsi şəkərlə bişirilir, patka, qida turşusu, həmçinin rəng və ətirverən maddələr əlavə edilir. Marmelad qaynar halda formalara tökülüb soyudulur və qurudulur. Jeleli marmelad müxtəlif bitki və heyvan mənşəli jeleyaradan maddələr (petkin, aqar-aqar, aqaroid, jelatin, nişasta və s.) əsasında hazırlanır. Şirniyyat və çay süfrəsinə verilir.
Ərzaqlar haqqında maraqlı məlumatlarJele. Jele hazırlamaq üçün meyvə - giləmeyvə şirələrindən, şəkərdən, aqar və pektindən istifadə olunur. Xammalından asılı olaraq üç növdə olur: jelələşdirici xassəsi yaxşı olan meyvə - giləmeyvə şirələrindən hazırlanan jele;
jeleləşdirici xassəsi və pektini zəif olan meyvə-giləmeyvə şirələri ilə yaxşı jele əmələgətirici şirələrin (albalı, çiyələk və s.) və konservantların qarışığından hazırlanan jele;
jeleləşdirici xassəsi zəif olan meyvə-giləmeyvə şirələrinə aqar əlavə edilmiş jele.
Ərzaqlar haqqında maraqlı məlumatlarMixək mərsin fəsiləsindən həmişəyaşıl ağac. Vətəni Molukk adalarıdır (İndoneziya). Mixək Azərbaycanda qədimdən məlumdur. Birtoxumludur, giləmeyvəyə bənzər meyvəsi tünd qırmızıdır. Mixək çiçəklərini hələ qonçə ikən qayçı ilə kəsib toplayır, sonra isə xüsusi quruducularda qurudurlar. Çiçəkləri toplananda qırmızı rəngdə olur, qurudulanda isə tünd qonur rəng alır. Ətirli iyi və yandırıcı dadı var. Mixəyin tərkibində 17-20% efir yağı və 20% -ə qədər aşı maddələri olur. Ondan alınan mixək yağının 70-80% -ni xoş ətirli evgenol və asetilevgenol təşkil edir. Azərbaycan kulinariyasında mixək müxtəlif xörək və şirniyyat hazırlanmasında, çay dəmlənməsində, ətriyyat sənayesində, xalq təbabətində (mixək yağı) və s. işlədilir. Qurudulmuş qönçələri ədvə kimi yeyinti sənayesində, çiçəyinin tərkibindəki antiseptik evgenol maddəsi isə diş xəstəliklərinin müalicəsində istifadə olunur.
Ərzaqlar haqqında maraqlı məlumatlar

Maraqlı     Baxılıb: 6157   Tarix: 17 mart 2015
f Paylaş

Oxşar xəbərlər

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

turlar.az

hamilelikde qidalanma qadın geyimi toy makiyaji sekilleri dərmanlar geyim şəkilləri naina ibrahimova sepgilere qarsi maska kosmetika fitat haxışda novruza aid hakisdalar oxu az qardasa aid haxistalar