Əsl qış pəhrizi - 7 günlük MENYU

Əsl qış pəhrizi - 7 günlük MENYUPayız pəhrizi təkcə arıqlamağa kömək etməməli, həm də orqanizmi mövsüm xəstəliklərindən qorumalıdır. Buna görə də pəhriz saxlamaqla yanaşı vitaminlər də qəbul etməlisiniz.
Milli.Az axşam.az-a istinadən qış mövsümündə saxlaya biləcəyiniz və orqanizminizi vitaminlərlə zənginləşdirəcək pəhrizlər təqdim edir.
Pəhriz ərəfəsində yalnız adi su içmək lazımdır. Gündə bir dəfə mütləq alma, portağal və banan yeyin.
Tərəvəzli pəhriz
Bu pəhrizi ən çox 3 həftə saxlamaq olar. Nəticədə 5 kiloqram arıqlayacaqsınız. Eyni zamanda immunitetiniz də qaydasında olacaq.
İlk gün:
Səhər: kökü sürtgəcdən keçirdib, üzərinə 1 xörək qaşığı bal, yoqurt və yulaf töküb yeyin.
Nahar: Tərəvəzlərlə hazırlanan mayonezsiz salat və 1 armud.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: kələmlə hazırlanan salat, 1 ədəd alma, 1 çay qaşığı zeytun yağı.
II gün:
Səhər: suda bişmiş çuğundur, qara gavalı, qoz, doğranmış kərəvizdən hazırlanan salat və 1 dilim çovdar çörəyi.
Nahar: çovdar sıyığı, közdə bişmiş badımcan.
Axşamtərəfi: 1 ədəd portağal və alma.
Şam yeməyi: 1 salxım qara üzüm.
III gün:
Səhər: Üstünə 1 xörək qaşığı yoqurt və bal tökülmüş qarğıdalı sıyığı.
Nahar: 2 ədəd bolqar bibəri, pomidor, suda bişmiş tərəvəzlər və 1 dilim qara çörək.
Axşamtərəfi: 2 ədəd pomidor.
Şam yeməyi: suda bişmiş, üzərinə bal və qoz tökülmüş balqabaq.
IV gün:
Səhər: kələm, pomidor, göyərti, bibər, soğan və zeytun yağı ilə hazırlanan salat, suda bişmiş düyü.
Nahar: suda bişmiş qarabaşaq, badımcan əzməsi.
Axşamtərəfi: 1 ədəd banan.
Şam yeməyi: Közdə bişmiş badımcan və pomidor, kök, göyərti və 1 çay qaşığı xamadan hazırlanan salat, 1 dilim çovdar çörəyi.
V gün:
Səhər: üzərinə zeytun yağı tökülmüş, kələm və bolqar bibərindən hazırlanan salat. Suda bişmiş yulaf.
Nahar: 2-3 ədəd suda bişmiş kartof, yaşıl soğan, çuğundur, qoz və cəfəridən hazırlanan salat.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor və kələmdən ibarət salat.
VI gün:
Səhər: suda bişmiş yulaf, yoqurt.
Nahar: pomidor, sarımsaq, suda bişmiş lobya, soğan, bolqar bibəri, kök və göyərtidən hazırlanan salat.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: üzərinə bal tökülmüş, buxarda bişmiş balqabaq.
VII gün:
Səhər: suda bişmiş qarabaşaq, qara gavalı, qoz, göyərti və çuğundurdan hazırlanan salat.
Günorta: darı yarması, bolqar bibəri və digər tərəvəzlərlə hazırlanan salat, 1 dilim ağ çörək.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor salatı və 1 dilim çovdar çörəyi.
Milli.Az

Xəbərlər     Baxılıb: 2385   Tarix: 13 noyabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

sac duzumleri kosmetik vasiteler gözəllik məhsulları elm ve bilik haqqinda atalar sözləri saç kəsimləri 2026 razyana çayı körpə və ona qulluq kosmetika veten haqqinda bayati atalar sözü baldiza aid haxisda baldiza aid hakisda oyunlar