Ət xalı kəsdirmək istəyirsinizsə, bu yazını MÜTLƏQ OXUYUN

Ət xalı kəsdirmək istəyirsinizsə, bu yazını MÜTLƏQ OXUYUNƏt xallar haqda nə bilirik? Onları kəsdirmək doğrudanmı təhlükəlidir? Ailem.az çoxlarını maraqlandıran sualları bu yazıda cavablandırmağa çalışıb.

Xallar bədənin hər yerində rast gəlinən, daha çox qəhvəyi rəngdə olan, oval, ya da yumru şəkildə nöqtələrdir. Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır. Amma insanın bütün yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır.

Bəs ət xal nədir? Çox zaman ziyillərlə ət xallarını qarışıq salırlar. Dermatoloq Elçin Sadıqov Ailem.az-a bildirib ki, ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd rəngli də ola bilirlər. Ölçüləri 1 mm-dən 5 sm-ə qədər dəyişə bilər. Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 50-60-a çata bilir. Əsasən də aşırı kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil. Bununla yanaşı, ət xalların yaranmasında aşağıdakı faktorlar rol oynayır:

- Dəridə sürtünmə
- Şəkər xəstəliyi
- İnsulin rezistensliyi
- Obez insan popiloma virusu

E. Sadıqov deyir ki, ət xalların kəsilməsinə dair insanlar arasında bir qorxu var: "Belə bir mif dolaşır ki, guya ət xalı kəsdikdə xərçəngə dönüşə bilir. "Bıçaq dəyərsə, xərçəng olar", - deyirlər. Bu, qətiyyən belə deyil. Ümumiyyətlə, ət xallarının insan səhhəti üçün heç bir qorxusu yoxdur. Onlar sadəcə qıcıqlanmaya qarşı dərinin verdiyi bir reaksiyadır. Ət xalı kəsdirmək qətiyyən təhlükəli deyil. Əksinə, bəzən estetik baxımdan xoş təsir bağışlamır, kompleks yaradır. Onu kəsdirməklə kompleksdən qurtulurlar. İstənilən xalı kəsdirmək olar. Sadəcə bəzi xallar vardır ki, onları sırf peşəkar cərrahlar kəsib götürməlidir, sıradan bir kosmetoloq və ya hansısa həkim yox".

Dermatoloqun sözlərinə görə, xal kəsilməzdən öncə müayinə şərtdir: "Tünd rəngli xalları dermatoskop vasitəsilə müayinə etmək şərtdir. Dermatoskop böyüdücü bir cihazdır. Onunla xalın daxilinə rahat şəkildə baxmaq olur".

Ümumiyyətlə, ət xallarından qurtulmaq üçün müasir tibdə xüsusi metodlardan istifadə olunur. Bura krioterapiya, cərrahi yolla koterizasiya (koaqulyator) və steril bir cərrahi sapla bağlama üsulları daxildir. Elçin Sadıqov bildirib ki, bu 3 üsuldan ən çox istifadə olunanı krioterapiyadır: "Krioterapiya daha rahat, qansız, ağrısız bir üsuldur. Maye azot qazndan istifadə olunur. Soyuq şəkildə olur, buz kimi. Bu qaz törəmənin üzərinə sıxılır və onu dondurur. Donan törəmə 2 həftə ərzində quruyub tökülür. Ağrısızdır, sadəcə cüzi göynəmə hissi olur, vəssalam. Odur ki, ət xalı olanlar onu kəsdirməkdən qorxmasınlar. Heç bir əks təsiri, narahatlığı yoxdur".

Sağlamlıq     Baxılıb: 1986   Tarix: 14 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

toy makiyajlari hamilelikde qidalanma qadin dunyasi azerbaycan xalq mahnilari adlari ayaqqabi modelleri 2026 goz altı qırışlar körpə və ona qulluq kosmetika badambura ekizler pomidor novruz baldiza aid haxisda