"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. 
Milli.Az xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər.
Həkimlərin sözlərinə görə, bu infeksiya dərialtı birləşdirici toxumaları və əzələləri məhv edir. Əsas səbəb isə "Streptococcus pyogenes" və ya "Vibrio vulnificus" kimi bakteriyaların açıq yaralardan orqanizmə daxil olmasıdır.
Qeyd olunur ki, "ət yeyən bakteriya" ifadəsi sadəcə şərti addır. Bakteriyalar əti yemir, ifraz etdikləri toksinlər toxumaları sürətlə zədələyərək qan dövranını pozur və toxuma ölümünə gətirib çıxarır.
Xəstəliyin əlamətləri çox sürətlə ortaya çıxır. İlkin mərhələdə kiçik kəsik və ya cızıq kimi başlayan proses qısa müddətdə şiddətli ağrı, dərinin rənginin dəyişməsi, yüksək hərarət, ürəkbulanma və halsızlıqla müşayiət olunur. Bəzi hallarda dərialtı hava toplanması səbəbindən toxumaya basdıqda xışıltı səsi eşidilə bilər.
Mütəxəssislər bildirir ki, sağlam insanlarda nadir görülsə də, diabet xəstələri, immun sistemi zəif olanlar və açıq yarası olan şəxslər daha yüksək risk altındadır. Həmçinin steril olmayan şəraitdə edilən döymə və pirsinqlər, heyvan dişləmələri və əməliyyatdan sonrakı yaralar infeksiyanın yaranmasına şərait yarada bilər.
Xüsusilə diqqət çəkilən məqamlardan biri də bəzi bakteriyaların dəniz sularında yaşamasıdır. Açıq yara ilə dənizə girmək və ya çiy dəniz məhsulları qəbul etmək bəzi hallarda ağır infeksiyalara səbəb ola bilər.
Həkimlər əhaliyə tövsiyə edir ki, hətta kiçik yaralar belə diqqətdən kənarda saxlanılmamalı, sabunlu su ilə təmizlənərək örtülməlidir. Açıq yara olduqda hovuz və dənizdən uzaq durmaq, həmçinin çiy dəniz məhsullarının qəbulunda ehtiyatlı olmaq vacibdir.
Əlamətlər hiss olunduğu anda dərhal həkimə müraciət etmək tövsiyə edilir.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 987   Tarix: 25 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

turlar.az

sade makiyaj sekilleri qaşların formalari toy makiyaji sekilleri gozalti qaralar ucun maska valideyn haqqinda elm haqqında atalar sözleri veten haqqinda atalar sozleri kosmetika damla xərçəng bürcü namiq qaraçuxurlu sekisler anabaci